İngiltərə premyer-liqasında yanvarın ən yaxşıları üçün nəzərdə tutulan mükafatlara namizədlər müəyyənləşib.
Ən yaxşı məşqçi və futbolçu adına namizədlərin siyahısına ümumilikdə 10 nəfər daxil edilib. Ötən ayın ən yaxşı məşqçisi üçün ayrılan fərdi mükafata Xosep Qvardiola (Mançester Siti), Yürgen Klopp (Liverpul), Bruno Laje (Vulverhempton) və Din Smit (Norviç) iddia edirlər. Xatırladaq ki, ötən ilin dekabrında məşqçilər arasında keçirilən səsvermədə Qvardiola qalib gəlmişdi.
Yanvarın ən yaxşı oyunçusu adına isə David De Xea (Mançester Yunayted), Kevin de Bruyne (Mançester Siti), Cerrod Bouen (Vest Hem), Cek Harrison (Lids), Joao Moutinyo (Vulverhempton) və Ceyms Uord-Prouz (Sauthempton) layiq görülə bilər. Dekabrda ən yaxşı futbolçu üçün ayrılan mükafat Rahim Sterlinqə (Mançester Siti) çatmışdı. Hər iki nominasiya üzrə qaliblər azarkeşlər və ekspertlər arasında keçirilən səsvermə nəticəsində seçiləcəklər.