"Sumqayıt"la oyuna ciddi hazırlaşırıq. Bu qarşılaşmada qələbə qazanmaq istəyirik".
Bu sözləri "Football-plus.az" saytına açıqlamasında "Qəbələ"nin müdafiəçisi Ruan Renato dedi. 27 yaşlı mərkəz müdafiəçisi Azərbaycan kubokunun 1/4 finalında qarşılaşacaqları "Sumqayıt"la matçı dəyərləndirdi:
"Yeni baş məşqçiləri var. Yaxşı futbolçulara malikdilər. Çətin oyun olacaq. Düşünürəm ki, yaxşı hazırlıq keçmişik. Onlar da Antalyada təlim-məşq toplanışında oldular. Bunları nəzərə alıb, maraqlı görüşün olacağını deyə bilərəm. Hər şey meydanda həll olunacaq".
Braziliyalı futbolçu Antalyada təlim-məşq toplanışı keçməyin onlara fayda verəcəyini söylədi:
"Orda yoxlama matçları keçirdik. Bu toplanış bizim üçün yaxşı keçdi. Düzdü, komandanın heyətində kifayət qədər zədəli var. Buna baxmayaraq, çempionatda mövqeyimizi qorumaq üçün hər şey edəcəyik".
Ruan Renato adının "Neftçi" ilə yanaşı hallanmasına da münasibət bildirdi:
"Bu haqda nəsə demək istəmirəm. Hazırda "Qəbələ"nin futbolçusuyam. Bu komandanın uğurları üçün hər şey etməyə hazıram".
İLKİN SULTANLI