
Azərbaycanlı futbolçunun Almaniya klubuna keçidinə icazə verilmədi - ÖZƏL
“Xan Lənkəran” Region Liqasında etdikləri ilə diqqət mərkəzindədi.
Cənub təmsilçisi hazırda Antalyada təlim-məşq toplanışındadı və indiyədək orda 3 yoxlama oyunu keçirib.
“Xan Lənkəran”ın Almaniyanın “Bişofsverdar” klubu ilə qarşılaşmasından sonra maraqlı hadisə baş verib. Azərbaycan təmsilçisinin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə müdafiəçi İlyas Səfərzadə özünü yaxşı tərəfdən göstərib. Bu məqam Almaniyanın 5-ci divizion klubunun diqqətini cəlb edib. Bu səbəbdən də “Bişofsverdar”ın rəsmiləri futbolçunu transfer etmək istəyiblər. Almaniya klubunun rəhbərliyi “Xan Lənkəran”la rəsmi danışıq da aparıb. Lakin Lənkəran təmsilçisi İlyasın komanda üçün vacib futbolçu olduğunu bildirərək, təklifi rədd edib. Bu səbəbdən də keçid baş tutmayıb. İlyas özü də Almaniyanın 5-ci divizion klubunda çıxış etmək istəməyib.
Qeyd edək ki, “Xan Lənkəran” bu gün Antalyada son yoxlama matçında Almaniya klubu "Türk Kelsterbax"la qarşılaşacaq.
İLKİN SULTANLI