Latviyanın futbol komandasını daşıyan avtobus qəzaya uğrayıb.
Bu məlumatı RFS klubunun mətbuat xidməti yayıb.
Heyəti yoxlama matçından gətirən avtobus bir maşınla toqquşub və yoldan kənara aşıb. Qəza nəticəsində ciddi xəsarət alan olmayıb. İki futbolçu və bir işçi ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb. Futbolçulardan birinin burnundan əməliyyat olunacağı, digər yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib. Qeyd edək ki, RFS Latviyanın son çempionudu.