Braziliya Futbol Konfederasiyası (BFK) Eder Militaoya güzəşt edib.
Milli komandanın müdafiəçisi “Real”ın düşərgəsinə qayıdıb.
O, DÇ-2022-nin seçmə turnirinin Ekvadorla son oyununda (1:1) növbəti sarı vərəqəni aldığı üçün Paraqvayla keçiriləcək matçda iştirak hüququnu itirib. Bunu nəzərə alan BFK Eder Militaonun yığmanı daha tez tərk etməsinə icazə verib. Bu isə futbolçuya “Real”ın İspaniya kubokunun “Atletik”lə oyununda iştirak etmək şansı yaradıb.
Ondan fərqli, Vinisius Junior, Kazemiro və Rodriqo çərşənbə gününə qədər milli komandanın sıralarında qalacaqlar. Başqa sözlə, onlar “Real”a “Atletik”lə matçda kömək edə bilməyəcəklər.