Milovan Rayevats Qana yığmasındakı fəaliyyətini başa vurub.
Qana Futbol Federasiyası (QFF) onunla müqaviləni qarşılıqlı razılıq əsasında pozub.
QFF milli komandanın Afrika Millətlər Kubokundakı (AMK) çıxışını qeyri-qənaətbəxş sayıb. Xatırladaq ki, yığma Kamerunda keçirilən qitə çempionatında mübarizəni qrup mərhələsində başa vurmuşdu. Rayevats qanalıların “sükanı arxasına” ikinci dəfə ötən il keçmişdi. 68 yaşlı mütəxəsis komandanı 2008-10-cu illərdə də çalışdırmışdı. Onda Qana yığması AMK-2010-un finalına qədər irəliləmiş və Misirə 0:1 hesabıyla məğlub olmuşdu.