
Şəhriyar Karlsenə uduzduğu oyunu fərqləndirdi
Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturniri başa çatıb.
Yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov 12-ci turda hindistanlı Vidit Santoş Qucratini qara fiqurlarla 38-ci gedişdə məğlub edib. Son turda isə 37 yaşlı qrossmeyster Fabiano Karuana (ABŞ) ilə 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xalını 8-ə çatdıran Məmmədyarov yarışı 2-ci pillədə başa vurub. Eyni xala malik Rixard Rapport (Macarıstan) 3-cü yeri tutub. Turnirin qalibi isə norveçli dünya çempionu Maqnus Karlsen (9,5) olub.
"Tata Steel Chess"də mərhum şahmatçı Vüqar Həşimovun adına təsis edilən “Fair Play” mükafatının sahibləri məlum olub. Bağlanış mərasimində əsas və "challenge" turniri üzrə fərqlənənlər təltif edilib. Vüqar Həşimov Fondu tərəfindən təsis olunan mükafat Rameşbabu Praqnanandha (Hindistan) və Ervin Lamiyə (Niderland) verilib. Lami bu mükafata ikinci dəfə layiq görülüb.
Şəhriyar Məmmədyarov isə uğurlu çıxışı haqda danışıb: