
Dünya futbolu
259
31.01.2022, 15:40
"Bursaspor" maliyyə problemi ilə üzləşdi
"Bursaspor" maliyyə problemi ilə üzləşib.
"Football-plus.az" saytının məlumatına görə, yerli mətbuat bu barədə xəbər yayıb. Bursa təmsilçisinin bir neçə oyunçusu bu səbəbdən klubu tərk edib. Antalyada təlim-məşq toplanışında olan komandanın heyətində, sadəcə, 3 legioner yer alıb. BUnlardan biri də Namik Ələskərovdu.
"Bursaspor"da çıxış edən Kristobal Xorkera klubun ona 700 min avro borcu olduğunu əsas gətirərək yanvarın 28-də hazırlıq prosesindən ayrılıb və klubu FIFA-ya şikayət edib. Tim Matavj da eyni səbəbdən "Bursaspor"u UEFA-ya şikayət edib və müqaviləsini ləğv edərək Kipr "Omoniya"sına keçib. Elton Akolatse də komandanı tərk etmək istəylər arasındadı.