"Mançester Yunayted" Usman Dembeleni transfer etmək fikrindən daşınıb.
Bu barədə yerli mətbuat xəbər yayıb. Klub hücumçunu sıralarına cəlb etmək istəsə də, daha sonra onun komandaya yararsız olacağı düşünərək bu qərara gəlib.
Qeyd edək ki, Dembele "Barselona" ilə müqaviləni uzatmaq istəmədiyi üçün klub rəhbərliyi onu satmaq istəyir.