Meyson Qrinvud həbs olunub.
Buna onun sevgilisi Harriet Robsona qarşı zorakılıq etməsi səbəb olub. Qrinvudun sevgilisi sosial şəbəkə hesablarında öz fotolarını paylaşaraq futbolçunu onu döyməklə ittiham edib. Şəkillərdə Robsonun üzündəki, qollarındakı və ayaqlarındakı göyərmələr əks olunub.
Nəticədə İngiltərə polisi Qrinvudu şübhəli qismində həbs edib. "Mançester Yunayted" buna biganə qalmayaraq yunçunu cəzasız qoymayıb. Klub onu komandadan kənarlaşdırıb.