
Dünya futbolu
158
31.01.2022, 13:00
Eriksen İngiltərədə
Kristian Eriksenin yeni klubu bəlli olub.
Yarımmüdafiəçi "Brentford"un formasını geyinəcək. Oyunçu mövsümün sonunadək İngiltərə klubunda çıxış edəcək
Qeyd edək ki, Kristian Eriksen AÇ-2020-nin B qrupunun Finlandiyaya qarşı görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.