Fransa kubokunun 1/8 finalında "Nitsa" ilə qarşılaşacaq "PSJ" oyuna ciddi itki ilə çıxa bilər.
Paris təmsilçisinin müdafiəçisi Serxio Ramos matçı buraxa bilər.Bu barədə yerli mətbuat xəbər yayıb. Ramos komandanın son məşqində zədələnib. Müdafiəçi əzələ ağrıları səbəbindən məşqi yarımçıq tərk edib.