Rusiyanın Krasnoyarsk şəhərində ikiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunmuş güləş üzrə qran-pri turniri keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, yanvarın 29-da qadınlardan ibarət komandamızın üzvü Birgül Soltanova (62 kq) fəxri kürsüyə qalxıb.
1/4 finalda monqolustanlı Tserençimed Sukxeyə məğlub olan həmyerlimiz rusiyalı Alyona Timofeyevaya “tuşe” ilə qalib gələrək ənənəvi yarışın bürünc medalına yiyələnib.
Beləliklə, millimiz turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, daha öncə Alyona Kolesnik (59 kq) yarışda çempion olub.