Azərbaycanda uşaq futbolunun problemləri: Sağlam təməllər üzərində sağlam bina... Olacaqmı?

Azərbaycanda uşaq futbolunun problemlərinə həsr olunmuş layihə çərçivəsində növbəti yazını oxucularımıza təqdim edirik. Bu dəfəki müsahibimiz qapıçı Elnar Kərimovdu. Mingəçevir futbolunun yetirməsi olan həmsöhbətimiz doğma şəhərdə azyaşlılara məşq keçir, özü də bunun üçün onların valideynlərindən ödəniş almır. Tək istəyi Mingəçevir futbolunun yaşaması, yeni istedadların üzə çıxmasını yardımçı olmasıdı. Söhbətimiz zamanı tez-tez bir məqamı vurğulayırdı ki, uşaqlar arasında istedadı olanların sayı çoxdu və onlara şərait yaradılsa, gələcəkləri parlaq olacaq. Elnar Kərimovla müsahibəni sizə təqdim edirik:

“Əvvəl çalışmalıyıq ki, uşaqlara futbolu sevdirək”


- Elnar bəy, istərdik ki, futbola gəlişinizdən başlayaq. Futbol oynamağa harda, necə başladız? Karyeranız ərzində hansı komandaların qapısını qoruduz?

- Mən 1985-ci ildə Mingəçevir şəhərində dünyaya göz açmışam. Həmyaşıdlarım kimi mən də futbol oynamağa elə həyətdə, küçədə başlamışam. Amma 10 yaşımdan müntəzəm məşqlərə qatıldım. İlk müəllimim Elbrus İsmayılov idi. Artıq 14 yaşından peşəkar futbolçularla eyni komandada çıxış edirdim. Mingəçeviri birinci divizionda təmsil edən “Energetik”in heyətində idim. Daha sonra Lənkərana yollandım, “Xəzər Lənkəran”ın əvəzedici komandasında forma geyindim. Hərbi xidmətimi isə “Ədliyyə” komandasında oynayaraq keçirdim. Həmin vaxt nazirliyin komandası premyer-liqada çıxış edirdi. 2005-ci ildə “Qəbələ”dən dəvət aldım, ora getdim. Ardıcıl səkkiz il “Qəbələ”nin şərəfiini qorudum, bu komandanın formasını geyindim. 2013-cü ildə ordan ayrıldım...

- Mənim bildiyimə görə, ondan sonra Türkiyəyə yollandız. Türkiyə futbolundan danışarkən, ordakı şəraitlə bizim futbolda olan şəraiti də müqayisə edərdiz.

- Bəli, “Qəbələ”dən sonra Türkiyəyə yollandım, bir müddət orda oynadım. Qardaş ölkədə BAL liqasının klublarında oynayırdım. Amma bu liqada çıxış edənlər belə futbola çox ciddi yanaşırdılar, tribunalar azarkeşlə dolu olurdu. Oranın şəraiti ilə buranı müqayisə etmək belə çətindi. BAL liqasında yaxşı maaş alırdım, futbolçuya, xüsusən xaricdən gələnlərə hörmət böyük idi. Azarkeş dəstəyi fantastik sayılmalıdı. Azərbaycan premyer-liqasında mübarizə aparan “Qarabağ”, “Neftçi” və “Qəbələ”ni çıxmaq şərti ilə, digərləri ordakı şəraitə həsəd apara bilər. Mən orda BAL liqasının mükəmməl şəraiti, azarkeş dəstəyi, maliyyə imkanları olan klublarında oynamışam.



- Hazırda Mingəçevirdə yaşayırsız. Doğma şəhərin futbolununun vəziyyət necədi?

- Bilirsiz ki, “Energetik” bir müddət diviziondan uzaq düşüb, Region Liqasında çıxış edir. Amma AFFA-dan söz veriblər, qurumun icraçı vitse-prezidenti də bildirib ki, gələn mövsümdən “Energetik”in birinci diviziona yüsksəlməsinə kömək göstərəcəklər. Biz də buna inanırıq. Mingəçevir futbolu bununla yüksələcək, inkişaf yoluna qədəm qoyacaq. Bizim şəhərimiz həmişə öz istedadları ilə fərqlənib, Mingəçevirdən yaxşı futbolçular çıxıb. Dəstək göstərilsə, yenə də bu ənənə davam edəcək. İndinin özündə də yetərincə istedadlı uşaqlar var. Sadəcə, peşəkar komandanın olmaması özünü göstərir. Ürəkdən inanıram ki, AFFA rəhbərliyinin dəstəyi ilə tezliklə Mingəçevir futbolu dirçələcək, inkişaf yoluna qədəm qoyacağıq.

- Təkcə Mingəçevirdə deyil, bütövlükdə Azərbaycanda uşaq futbolunda özünəməxsus problemlər var. Siz bu problemlərin həlli yolunu necə görürsüz?

- Problemlər var, amma onların həlli heç də mümkünsüz deyil. Artıq bu istiqamətdə də müəyyən addımlar atılır. İnanıram ki, AFFA həmin problemlərin həllinə nail olacaq. Problemləri tək bir nəfərin, yaxud bir təşkilatın üzərinə atmaqla deyil. Hər kəs öz işinə ciddi yanaşmalı, bütün mütəxəssislər gücünü birləşdirməlidi. Çalışdırmalıyıq ki, futbolu uşaqlara sevdirək. Məşqçilərimizdən çox şey asılıdı. Savadlı mütəxəssislərə geniş meydan verməliyik, onlara dəstək göstərməliyik. Belə olan halda inkişafı da görəcəyil. Bunə əminəm.



- Bu yaxınlarda AFFA-da keçirilən kurslara da qatılmışdız. Ordan hansı təəssüratlarla ayrıldız?

- Düzgün qeyd etdiz, AFFA-da keçirilən C kateqoriyalı məşqçi kurslarına qatılmışdım. Bizim 10-12 yaşında keçdiyimizlə indiki dövrün məşqləri fərqlidi. Həmin kateqoriya kurslarından sonra AFFA tərəfindən Elit-məşq layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən qapıçı məşqçiləri üçün seminar keçirildi. Milli Komandaların Təlim-Məşq Mərkəzində keçirilən seminara təlimatçılar Üzeyir İbrahimov və Faiq Əzizov rəhbərlik edirdi. Seminarın məqsədi Elit-məşq layihəsinə yeni cəlb olunmuş qapıçı məşqçilərini inkişaf etdirimək idi. Bu iki mütəxəssisin, eləcə də Cahangir Həsənzadənin rəhbərliyi altında çox şey öyrəndik. Çox gözəl layihə təşkil olunmuşdu. Sırf öz sənətimə uyğun biliklərə yiyələndim, bilmədiklərimi öyrənməyə çalışdım. Yaxın gələcəkdə bu biliklərimi klublardakı uşaqlara öyrətmək istərdim. AFFA rəhbərliyi də gənc mütəxəssislərin bilik və bacarığından yararlanmaqda maraqlıdı. Özümü klublarda, milli komandalarda işləməyə layiq bilirəm.

- Mingəçevirdə uşaqlara məşqlər keçirsiz. Bu məşqlər üçün hansısa ödəniş alırsızmı?

- Allah şahidimdi, bir də valideynlər. Mən bu işimə görə heç bir valideyndən pul almıram. Tək istəyim uşaqlara kömək etməkdi ki, istedadı olanlar gələcəkdə yaxşı klublara yollansınlar, üzə çıxsınlar. Bir də idmanla məşğul olanlar pis vərdişlərdən də uzaq olur. Valideynlərə də dəfələrlə çağırış etmişəm ki, uşaqlarınızı məşqə gətirin. Uzun müddət idi ki, özüm taksi sürürdüm, ailəmi bu işlə dolandırırdım. AFFA-ya, xüsusən də Cahangir Həsənzadəyə də minnətdaram. Məhz onun dəstəyi ilə Mingəçevirdə Elit-məşq layihəsi çərçivəsində uşaqlarla işləyirəm, öz sevimli işimlə məşğul oluram. Şəhərimizdə futbolun olmaması istedadlı uşaqların itib-batmasıyla nəticələnir. İllərdi bunu görürük. Maddi problemlər var, işimizi böyütməyə bu çətinliklər imkan vermir. Mingəçevir elə bir yerdi ki, hamı bir-birini tanıyır, mən insanların maddi vəziyyətini də bilirəm. Məşqə gələnlər kasıb uşaqlardı, onların valideynlərinin məşq üçün ödəniş etməyə imkanı çatmır.

- Sonda bir vacib sualım var. Sizcə, yaxşı qapçı olmaq üçün uşaqda hansı keyfiyyətlər olmalıdı?

- Çox yaxşı sualdı. Bu yaxınlarda kursda da bu sualı mənə vermişdilər. Çalışmaq, məşq etmək vacibdi, amma ən birinci deyil. Qapıçının boyu-buxunu, fiziki göstəriciləri yaxşı olmalıdı. Mən özüm qapıçı olmuşam. Bilirəm ki, öz üzərində çalışmağın əhəmiyyəti necə böyükdü. Boyu olmayan uşağı “sındırmaq” da düzgün deyil, ona da şans vermək lazımdı. Qapıçılarla düzgün işləmək lazımdı. Bu gün Azərbaycan futbolunda qapıçı problemi özünü göstərir. Mən gedirəm məşqlərə baxıram, görürəm ki, uşaqlar düzgün öyrədilmir. 12-13 yaşından sonra uşağa təməl öyrətmək də gec olur. Çünki əvvəlki effekti ala bilmirsən. Tutaq ki, məşqdə 30 uşaq iştirak edir. 10 yaşındakı uşaq təməli öyrənib, irəli gedəcək. Amma 14 yaşı olan geriləyəcək, vaxt itirəcək. Öyrənmək heç vaxt gec deyil, doğrudu. Sadəcə, itirilən zaman geri qayıtmır. Bizim xeyli güclü məşqçilərimiz olub. Hazırda bu sahə bir qədər ağrılı yerimizdi. Qapıçı deyəndə komandanın yarısı nəzərdə tutulur. Qapıçıların psixologiyası güclü olmalıdı. Məşqçi də bunu nəzərə almalıdı. Hər səhv edəndə qapıçıya dəstək olunmalıdı ki, onu qazanasan, itirməyəsən.

İLKİN SULTANLI

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

PSV-nin futbolçusu premyer-liqa klubunun hədəfində

MY Kasemiro transferini açıqladı

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

Bütün xəbərlər