Niderlandda keçirilən şahmat üzrə "Tata Steel Chess" turniri başa çatıb.
"Football-plus.az" saytının məlumatəna görə, Şəhriyar Məmmədyarov sonuncu görüşünə çıxıb. Təcrübəli qrossmeyster 13-cü turda ABŞ-dan olan Fabiano Karuana ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, turnirin qalibi 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə çempion olub. 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport isə üçüncü yeri tutub.