“Fiorentina”dan Duşan Vlahoviçi transfer edən “Yuventus” heyətinə daha bir oyunçu qatmaq üzrədi.
"Fooball-plus.az" saytının məlumatına görə, İtaliya klubu “Borussiya”nın yarımmüdafiəçisi Denis Zakariyaya görə 5 milyon avroluq təklifinə müsbət cavab alıb. Münhenqladbaxlıların 25 yaşlı futbolçuya görə bonus kimi daha 2 milyon avro irəli düşmək şansı olacaq. Denisin Almaniya klubu ilə müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Jurnalist Rudi Qalettinin məlumatına görə, onun “Yuventus” ilə razılaşdırılan müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. Zakariya yeni iş yerində ilə 2,7 milyon avro məvacib alacaq. İsveçrəli futbolçu bu mövsüm bundesliqada 16 oyuna 2 qol vurub.