“Xəzər adaları” ilə ölkə çempionluğu yaşayan, “ilin məşqçisi” adına layiq görülən Elnur Qəmbərov bu həftə Kanadanın aşağı yaş qrupu üzrə futzal yığmalarına baş məşçi təyin olundu.

Vətəndə az qala unudulan mütəxəssis bu təyinatla bağlı nə düşünür? Təbii ki, ona yalnız bu sualı vermədik.

- “Xəzər adaları” ilə çempionluq yaşasaz da, sonradan klub fəaliyyətini dayandırdı.

- Qeyd etdiyiniz kimi, 2014/15 mövsümündə ölkə çempionu olduq. Bu uğura görə ilin ən yaxşı baş məşqçisi adına layiq görüldüm. Təəssüf ki, klubumuz dağıldı. İlyarım gözlədim. Lakin heç bir təklif olmadı. Hətta özüm də müraciət etdim ki, belkə köməkçi məşqçi kimi işləyim. Ancaq xəbər çıxmadı.

- Nə vaxtdan Kanadadasız? Bu ölkəyə yollanmağınızda kimsə vasitəçi olub, yoxsa özünüz getmək istəmisiz?

- 2016-cı il iyunun 4-dən ailəmlə birlikdə Kanadada yaşayıram. Vasitəçi olmayıb. Sadəcə, ilyarımdan çox işsiz qaldım. Məcbur olub Kanadaya köçdüm. Buranın əcnəbi vətəndaşlar üçün ən yaxşı iş imkanlarına malik ölkə olduğu hər kəsə məlumdu.

- Kanadada ilk dönəmlər çətinlik yaşadız?

- Heç bir problem yaşamadım desəm, yalan olar. İlk dövrlər çox çətin alındı. Çünkü qərib ölkə, fərqli dil və mədəniyyət. Ancaq zamanla uyğunlaşmağı bacardım. Boş dayanmadım, məşqçi kurslarında iştirak etdim. Gəldiyim zaman ingilis dilini 70 faiz bilirdim. Dil səviyyəmi də təkmilləşdirdim. Kanada ilə tək ölkəmizin yox, Avropanın da bir çox fərqləri var. Bunu kurslarda daha yaxşı başa düşdüm. Burda hər regionun öz çempionatı var. Daha dəqiq desəm, hər şəhərin. Komandalar çoxdu. Bir müddət sonra yenidən məşqçi kimi fəaliyyət göstərməyə başladım. "Toronto"nun futzal komandasında çalışdım. Orda 3 yaş qrupu - U-12, U-14 və U-18 ilə işləyirdim.

- Bu müddət ərzində sizə münasibətləri necə oldu? Bəzi ölkələrdə əcnəbi çalışdırıcılara baxış yerlilərdən fərqlidi.

- Açığı, gəldiyim gündən heç bir fərqli münasibətlə qarşılaşmamışam. Bacarığın varsa, işləyə biləcəksən. Fərqi yoxdu, hardan gəlmisən, haralısan, dərinin rəngi və ya dini baxışların nədi. Burda bütün insanlara münasibət eynidi.

- Kanada ilə Azərbaycan futzalı arasında fərq varmı? Hansı üstündü?

- Əlbəttə, Azərbaycanda futzal çox güclüdü. Heç bura ilə müqayisə ediləcək səviyyədə də deyil. Ancaq Kanadanın bir çox üstünlüyü var. Birincisi uşaq futzal məktəblərinin olmasıdı. Hamısı da axşam, yəni məktəbdən sonra fəaliyyət göstərir. Bu yolla onların təhsilinə də heç bir maneə olmur. Məktəblər tətilə gedərkən isə təlim-məşq toplanışı baş tutur. Digər bir üstünlüyü U-13, U-15, U-17-lərdən ibarət yığmaların olmasıdı. Əminəm ki, 3-4 ilə burda çox ciddi irəliləyiş olacaq. Həm də klubların ölkəxarici əlaqələri yüksək səviyyədədi. İngiltərə, İspaniya və başqa ölkələrlə müqavilələri var.

- Kanadanın aşağı yaş qrupu üzrə yığmalarına baş məşqçi təyin edildiz. Bununla bağlı təəssüratınız maraqlıdı. Necə oldu ki, bu vəzifə sizə verildi?

- Mənim üçün də xoş sürpriz oldu. Hətta xəbəri eşitdiyim an ağlamaq tutdu məni. Çünki 6 illik fəaliyyətimin çox gözəl qarşılığı oldu. Necə təyinat almağıma gəlincə, dediyim kimi, bura gələndən boş dayanmamışam. Mənimlə bağlı məlumat toplamışdılar. Klublarda müxtəlif yaş qrupları üzrə məşqçilik etmişəm. Həm də “Seymour” klubunun baş məşqçisiyəm. Bu klubun prezidenti azərbaycanlı Şamil Fərəcovdu, o yaradıb. Çox yaxşı şəraitimiz var. İnşallah, çempionluq üçün oynayacağıq. Kanada çox böyük ölkədi. Buna görə də zamana ehtiyacımız var.

- Azərbaycan çempionatının oyunlarını izləyirsiz? Hazırkı vəziyyəti necə dəyərləndirirsiz?

- Çempionatı izləyə bilmirəm. Çünki saat fərqi çoxdu. Ötən il “Araz Naxçıvan”ın oyununu izləyirdim, 15 dəqiqədən sonra televizoru söndürdüm. Çünki çox maraqsız idi. “Araz Naxçıvan” yenə qalib gəlirdi. Azərbaycanda bir peşəkar klub var, qalanları elə-belə...

- “Araz-Naxçıvan” bu mövsüm ÇL-in qrupunda qaldı. Bunun səbəbi nə idi?

- Əsas səbəb gənc nəslin gəlməməsi və legionerlərin zəif olmasıdı.

- Futzalımızda legioner sayı əvvəlki kimi çoxdu. Ancaq onlar əvvəlki qədər səviyyəli deyil.

- Bəli, mən də bu fikirdəyəm. Əvvəlki legionerlərin ustalıq səviyyəsi çox yüksək idi. İndikilər isə göz qabağındadı.

- Yığmada da işlər qaydasında getmir. Avropa çempionatında, demək olar ki, qrupdan çıxmaq şansımız qalmayıb. İlk oyunda Gürcüstana məğlub olduq, ardından İspaniya ilə heç-heçə etdik...

- Alessionun taktikasını artıq hamı bilir. Fikrimcə, dəyişiklik lazımdı, vacibdi. Yığmanı yerli məşqçi çalışdırmalıdı. Nə qədər pis nəticə olsa da , indikindən betər olmayacaq. Dediyim kimi, baş məşqçini hamı tanıyır, oyun üslubunu bilirlər. Buna görə də ona qarşı hansı taktiki gedişləri etmək lazımdısa, öncədən müəyyənləşdirirlər. Səhv etmirəmsə, Alessio 12-13 ildi millidədi. Bəs yerli mütəxəssislər hardadı? Məni çıxmaq şərti ilə birini göstərin. Müxtəlif kurslara getdim, tanınmış xarici klubların təlim-məşq toplanışlarında iştirak etdim. Brazilyada “Pato” komandasının bazasında oldum. Başqa kimsə harasa nəsə öyrənməyə getdi? Gürcüstana uduzduq deyirik. Yəqin bilirsiz, orda UEFA-nın futzal üzrə B kateqoriyalı kursları oldu. Onların yerli oyunçuları Malta, Serbiya, Belarus kimi ölkərdə legioner həyatı yaşayır. Lakin burda EKOL-da heç əsas heyətə düşmürdülər. Böyük futbolda əcnəbinin yanında yerli məşqçi olur. Amma bizdə futzalda 15 ildi ancaq əcnəbilərdi. Bunu da vurğulamaq istəyirəm ki, bir ara millinin və “Araz-Naxçıvan”ın oyunçusu olan Biro Jadeni baş məşqçi təyin etdilər və sonra o, Qazaxıstandan təklif aldı. Onun məşqçi kimi heç bir təcrübəsi yox idi. Amma mən “ilin məşqçisi” mükafatını qazandım. Heç 2-ci məşqçi kimi təklif almadım.

- Belə bir təyinat almışkən, Azərbaycandan dəvət gəlsə, qayıdardız?

- Təklif olsa, niyə də yox?! Əlbəttə, Kanada şərait baxımından üst səviyyədədi. Amma nə qədər yaxşı olsa da, vətən tam başqadı.

Qeyd edək ki, müsahibə Azərbaycan - Bosniya və Hersoqovinya oyunundan öncə baş tutub.

SƏNƏM FƏRHADOVA

Son xəbərlər

“Bu cür klubdan və məşqçidən təklif gəlirsə...”

İşdə məhəbbət macərası...

Federer şərhçi olacaq

Komandalar 2023-ün təqvimindən narazıdı

Maksim Medvedevə mükafat təqdim edildi

Arum Coşua – Füri döyüşünün baş tutacağına inanmır

“Araz Naxçıvan”ın hazırkı heyəti premyer-liqanın bir neçə klubu ilə mübarizə apara biləcək gücdədi” - Vadim Abdullayev

Həmyerlimiz Rusiya premyer-liqasında təyinat aldı

Sarver “Finiks”i satışa çıxardı

Cinsi azlıqları təhqir etdi, 40 min ödəyəcək

Abasovun köməkçiləri müəyyənləşdi

"Araz Naxçıvan" Türkiyədə turnirə qatılacaq

“Zaqatala”nın pulunun bir hissəsi köçürülüb

“Şamaxı” azarkeşlərin istəyini yerinə yetirdi

Dembele “Barselona” ilə ÇL-i qazanmaq istəyir - MÜSAHİBƏ

Pasveer 39 yaşında dünya çempionatında oynaya bilər

“Qarabağ”ın rəqibində itki

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

"Komanda inkişaf edir" - Canni De Byazi

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

"Bu oyunda çox zəif oynadıq" - Maqomed Adıyev

Millimizin tarixində ilk!

Millimiz 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

“Neftçi” AFFA-dan xəbər gözləyir

Baqa “Sumqayıt”dan təzminat almayıb

Rabyoya daha bir müştəri

Qazaxıstanı ud, Avropa çempionatında iştirak şansı qazan! - KÖŞƏ

İdmançımız birinci oldu

Keytaya yeni təklif

"Qəbələ" - "Hayduk" matçının hakimləri müəyyənləşdi

Federasiya prezidenti idmançılarla görüşdü

Əməliyyatdan imtina etdi

Bernat PSJ-dən ayrılmağa yaxındı

“Barselona”da ciddi itkilər

“Yuventus”da istefa gözlənilir?

Sulşer ilə Ranqnik MY-ni xərcə salıblar

Azarkeşlər prezidenti istefaya çağırdılar

Fransa klubu cəzalandı

Bir ay oynamaya bilər

Sabah hər şey bəlli olacaq – Ya Tsaxadadze, ya da...

Milli formada 88 qola çatdı

“Kəpəz”in ev oyunlarını Gəncədə keçirəcəyi tarix məlumdu – ÖZƏL

Dzeko "İnter"dən ayrıla bilər

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

"İnter" "Barselona"nın yetirməsini istəyir

Bütün xəbərlər