“İnter” heyətini iki futbolçu ilə gücləndirib, bir oyunçu isə komandanı tərk edib.
İtaliyanın son çempionu “Atalanta”dan Robin Qosensi 18 aylığa icarəyə götürüb. Milan klubu 27 yaşlı müdafiəçini 2022/23 mövsümündə ilk qolu vuracağı halda birdəfəlik almaq hüququna malikdi. Anlaşmanın şərtinə görə, Qosens “İnter”ə 25 milyon avroya satılacaq. Bu məbləğ Berqamo klubuna 4 ilə ödəniləcək. Robinin milanlılarla imzalayacağı müqavilənin müddəti isə 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Sol cinah müdafiəçisi bu mövsüm zədə səbəbi ilə “Atalanta”ya yalnız 8 oyunda kömək edib və 2 qol vurub.
Lombardiya klubunu “Cenoa”dan Felipe Kaysedonu da sıralarına cəlb edib. İcarə müqaviləsinin müddəti bu mövsümün sonuna kimi razılaşdırılıb. Qeyd edək ki, Kaysedo yenidən Simone İnzaqinin sərəncamında olacaq. 33 yaşlı hücumçu 2017-21-ci illərdə “Latsio”da bu mütəxəssisin rəhbərliyi altında oynayıb. Ekvadorlu bu mövsüm A seriyasında 9 oyun keçirib, 1 qol vurub və 2 qolun ötürməsini verib.
“İnter”i tərk edən futbolçu isə Stefano Sensidi. O, karyerasını “Sampdoriya”da davam etdirəcək. 26 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək bu klubda icarə əsasında çıxış edəcək. Stefano “İnter”ə 2019-cu ilin yayında “Sassuolo”dan keçib. O, bu mövsüm meydana çıxdığı 12 oyunda 1 qol vurub.