• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Braziliya öz rekordunu yenilədi, Argentinanın seriyası 28-ə çatdı!

Dünya futbolu

29-01-2022, 14:0

Yanvarın 27-də Cənubi Amerikada DÇ-2022-nin seçmə mərhələsinin 15-ci turuna start verildi.

Artıq bu regiondan ilin son aylarında Qətərdə təşkil ediləcək mundiala vəsiqəni təmin edən Braziliya və Argentina yığmaları fərqli nəticələr göstərdilər.

Braziliya yığması ardıcıl ikinci seçmə oyunu zədəli olduğu üçün aparıcı hücumçusu Neymarsız keçirdi. Ekvador ilə Kitodakı matça hakimin damğa vurduğunu desək, heç də böyük səhvə yol vermərik. Artıq 6-cı dəqiqədə Kazemiro qonaq komandanı hesabda önə keçirdi. 9 dəqiqə sonra ev sahiblərinin qapıçısı Aleksander Dominges topa çıxışda ayağı ilə hücumçu Mateus Kunyanın sinəsinə zərbə endirdiyi üçün qarşısında birbaşa qırmızı vərəqə gördü. 5 dəqiqə sonra braziliyalı müdafiəçi Emerson Royal növbəti xəbərdarlığa görə meydanı tərk etməli oldu. daha 5 dəqiqə keçdi və Alisson cərimə meydançasından kənarda ayağı ilə rəqib oyunçunun başına zərbə endirdiyi üçün qarşısında birbaşa qırmızı vərəqə gördü. Ancaq VAR otağından gələn siqnalı nəzərə alan Vilmar Roldan təkrara baxaraq qırmızı vərəqəni sarı ilə əvəzlədi.
Kolumbiyalı referi 55-ci dəqiqədə Rafinyanın cərimə meydançasında rəqibə qarşı hərəkətini penaltiyə layiq bildi. Lakin yenə VAR-ın köməyi ilə qərarını dəyişdi. Əsas vaxta əlavə edilən 5-ci dəqiqədə Alissonun rəqiblə toqquşması növbəti xəbərdarlıq almasına və onun qoruduğu qapıya növbəti penalti təyin olunmasına səbəb oldu. Ancaq Roldan epizodun təkrarına baxandan sonra hər iki qərarını dəyişməklə ev sahiblərində daha kəskin narazılıq doğurdu. Bundan 20 dəqiqə əvvəl Ekvador yığması cavab qolunu vurmuşdu. Beləliklə, hakim rüsvayçılğı ilə yadda qalan matç 1:1 hesabı ilə sona çatdı. Braziliya bu nəticə ilə mundialın seçmə mərhələsində rəqib meydanlarında məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırdı. Beşqat dünya çempionu 1954-93-cü illər aralığında müəyyən etdiyi öz rekordunu yenilədi. “Selesao”nun yenilədiyi daha bir rekord dünya çempionatının seçmə mərhələsində ardıcıl 31-ci oyunda da uduzmamasıdı.

Argentina isə uğurlu oyunlar seriyasını davam etdirdi. Lionel Skaloni bu dəfə Messinin xidmətinə ehtiyac duymamışdı. Amerika Kubokunun son qalibi onsuz da Çili səfərində qələbə qazanmağı bacardı. Matçın nəticəsini ilk hissədə vurulan üç qol müəyyən etdi. 2:1 hesablı qələbə Argentina ilə lider Braziliya arasındakı xal fərqini 4-ə enməsinə şərait yaratdı. Əlavə edək ki, “Albiselesta” artıq 28 oyundu (18 qələbə, 10 heç-heçə) məğlubiyyətin nə olduğunu bilmir. Bu, Argentina millisinin tarixində ikinci ən yaxşı seriyadı. Belə ki, “ağ-mavilər” 1991-93-cü illərdə ardıcıl 29 matçda uduzmayıblar. Yeri gəlmişkən, yığmalar arasında məğlubiyyətsizlik rekordu İtaliyaya məxsusdu. “Skuadra adzurra” ardıcıl 37 oyunda heç bir rəqibinə boyun əyməyib. Deməli, Argentina yığması dünya rekordunu yeniləmək üçün daha 10 matçda uduzmamalıdı.
Uruqvayın Paraqvayda Luis Suaresin yeganə qolu ilə qələbə qazanması da diqqəti cəlb etdi. Seçmə turnirdə ardıcıl 4 məğlubiyyətdən sonra istefaya göndərilən Oskar Tabaresin yerini tutan Dieqo Lopesin yığmadakı debütü uğurlu alındı.

Cənubi Amerika
qrup mərhələsi, 15-ci tur
Ekvador – Braziliya 1:1 (0:1)
Ekvador: A.Dominges, A.Presyado (R.Kaysedo, 66), F.Torres, İnkapye, Estupinyan, Franko (Qalindes, 18), Qrueso (E.Presyado, 66), M.Kaysedo (Mendes, 86), Plata, Estrada (Sarselen, 85), E.Valensiya.
Braziliya: Alisson, Emerson Royal, Eder Militao, Tyaqo Silva, Aleks Sandro, Rafinya (Antoni, 63), Fred, Kazemiro, Vinisius Junior (Qabriel Jezus, 63), Mateus Kunya (Qabriel Barboza, 78), Koutinyo (Daniel Alveş, 33).
Qollar: Kazemiro, 6 (0:1). F.Torres, 75 (1:1).
Vərəqələr: Emerson, 1. Alisson, 31. Rafinya, 42. Eder Militao, 45+2. E.Valensiya, 70. M.Kaysedo, 78 – sarı. A.Dominges, 15. Emerson Royal, 20 (ikinci sarı) – qırmızı.
Hakim: Vilmar Roldan (Kolumbiya).
27 yanvar. Kito.

Çili – Argentina 1:2 (1:2)
Çili: Bravo (Kortes, 35), P.Dias (İsla, 60), Medel, Maripan, Veqas (Suaso, 46), Pulqar, Aranxis, E.Varqas (Davila, 85), M.Nunyes (Montesinos, 60), A.Sançes, Brereton.
Argentina: E.Martines, Otamendi, Molina, Lisandro Martines, Talyafiko, De Paul (Lo Çelso, 71), L.Paredes, A.Qomes, Di Mariya (A.Korrea, 85), Lautaro Martines (X.Alvares, 78), N.Qonsales (Akunya, 70).
Qollar: Di Mariya, 9 (0:1). Brereton, 20 (1:1). Lautaro Martines, 34 (1:2).
Vərəqələr: Veqas, 27. Otamendi, 38. De Paul, 53. Maripan, 69. L.Paredes, 72. Pulqar, 76. A.Sançes, 79. Montesinos, 89. Talyafiko, 90+4 - sarı.
Hakim: Anderson Daronko (Braziliya).
27 yanvar. Kalama.

Paraqvay – Uruqvay 0:1 (0:0)
Paraqvay: A.Silva, Eskobar (R.Roxas, 65), Q.Qomes, Alonso, Arsamendiya, Oxeda (A.Benites, 73), M.Roxas (Vilyasanti, 64), A.Sançes, Almiron, Sanabriya (Enkiso, 72), K.Qonsales.
Uruqvay: Roçet, Arauxo, Qodin (M.Kaseres, 83), X.Ximenes, Olivera, Pellistri (Kanobbio, 70), Vesino, Bentankur (D.Suares, 83), Valverde (Arambarri, 90), D.Nunyes (Kavani, 70), L.Suares.
Qol: L.Suares, 50.
Vərəqələr: Bentankur, 9. Pellistri, 20. Arauxo, 22. Vesino, 43. M.Roxas, 59. Q.Qomes, 62. Alonso, 86 – sarı. Q.Qomes, 90+5 – qırmızı (ikinci sarı).
Hakim: Dario Errera (Argentina).
27 yanvar. Asunsyon.

Kolumbiya – Peru və Venesuela – Boliviya oyunları gec başa çatıb.

1. Braziliya 14 11 3 0 28-5 36
2. Argentina 14 9 5 0 22-7 32
3. Ekvador 15 7 3 5 24-14 24
4. Uruqvay 15 5 4 6 15-21 19
5. Kolumbiya 14 3 8 3 16-17 17
6. Peru 14 5 2 7 15-20 17
7. Çili 15 4 4 7 16-18 16
8. Boliviya 14 4 3 7 20-28 15
9. Paraqvay 15 2 7 6 9-19 13
10. Venesuela 14 2 1 11 9-25 7
Bombardirlər: Moreno Martins (Boliviya) – 9, Neymar (Braziliya) - 7, Messi (Argentina) - 6.
***
Şimali və Mərkəzi Amerika
Final mərhələsi, 9-cu tur
ABŞ - Salvador 1:0
Robinson, 52.
Yamayka - Meksika 1:2
Conson, 50 – Martin, 81. Veqa, 83.
Honduras - Kanada 0:2
Maldonado, 10-öz qapısına. Devid, 73.
Kosta Rika - Panama 1:0
Ruis, 65.

1. Kanada 9 5 4 0 15-5 19
2. ABŞ 9 5 3 1 13-5 18
3. Meksika 9 5 2 2 13-8 17
4. Panama 9 4 2 3 11-10 14
5. Kosta Rika 9 3 3 3 7-7 12
6. Yamayka 9 1 4 4 7-12 7
7. Salvador 9 1 3 5 4-11 6
8. Honduras 9 0 3 6 5-17 3
Bombardir: Larin (Kanada) - 4.

Asiya
3-cü mərhələ, 7-ci tur
A qrupu
İran - İraq 1:0
Taremi, 48.
İran yığması qrup mərhələsinin sonuna 3 tur qalmış azı 2-ci yeri özünə təmin etməklə dünya çempionatına vəsiqə qazandı.
Livan - Koreya 0:1
Ço Qu Sun, 45+1.
BƏƏ - Suriya 2:0
Kanedo, 43. Əl-Qassani, 70.

1. İran 7 6 1 0 12-2 19
2. Koreya 7 5 2 0 9-2 17
3. BƏƏ 7 2 3 2 6-5 9
4. Livan 7 1 2 4 4-7 5
5. İraq 7 0 4 3 3-10 4
6. Suriya 7 0 2 5 5-13 2

B qrupu
Səudiyyə Ərəbistanı - Oman 1:0
Əl-Brikan, 48.
Yaponiya - Çin 2:0
Osako, 13-p. İto, 61.
Avstraliya - Vyetnam 4:0
Maklaren, 30. Roqiç, 45+2. Qudvin, 72. Makqri, 76.

1. Səudiyyə Ərəbistanı 7 6 1 0 10-3 19
2. Yaponiya 7 5 0 2 7-3 15
3. Avstraliya 7 4 2 1 13-4 14
4. Oman 7 2 1 4 6-8 7
5. Çin 7 1 2 4 7-13 5
6. Vyetnam 7 0 0 7 4-16 0
Bombardir: Vu (Çin) – 4.

Oxunub: 403
Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-11-2021, 16:0

Braziliya buna ardıcıl 22-ci dəfə nail oldu!

Dünya futbolu

3-02-2022, 15:0

Braziliyanın seriyası 32-yə, Argentinanınkı isə 29-a çatdı!

Dünya futbolu

25-03-2022, 15:0

DÇ-2022-də kimlər iştirak edəcək? - SİYAHI

Dünya futbolu

30-03-2022, 23:0

Cənubi Amerika zonasının rəmzi komandası açıqlandı

DÇ

6-09-2021, 10:0

Braziliya - Argentina oyunu keçirilmədi

Dünya futbolu

9-01-2022, 18:0

Məşhur futbolçu ağır cəza aldı

Aktual
Ponomaryov millinin fiaskosunu çempionatın səviyyəsinə “bağladı”
De Byazi İtaliyada bayram qeyd edir, AFFA onun hesabatını dinlədikdən sonra qərar verəcək
"Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik"
“İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
"Qarabağ"dan "Qalatasaray"a cavab: "Yenidən bir araya gələcəyimizə ümid edirik"
Son xəbərlər
  • Bu gün, 19:51
    Gündoğan “Barselona” ilə anlaşıb
  • Bu gün, 19:30
    Abramoviçə ittiham irəli sürüldü
  • Bu gün, 19:17
    Retegi Mançiniyə bir qədər Batistutanı xatırladır - ARAŞDIRMA
  • Bu gün, 18:56
    İcraiyyə Komitəsinin üzvləri De Byazinin şəninə təriflər yağdırırdı…
  • Bu gün, 18:24
    Şəhid övladı Avstriya və İsveçdən müsbət təəssüratla qayıdıb
  • Bu gün, 17:57
    Makdevid 140-ı da arxada qoydu
  • Bu gün, 17:26
    "Sumqayıt" "Turan Tovuz"a qalib gəldi - YENİLƏNİB
  • Bu gün, 17:15
    FİFA klublara ödəniləcək təzminatın məbləğini artırdı
  • Bu gün, 16:54
    Son çempion debütanta evdə məğlub oldu - ŞƏRH
  • Bu gün, 16:23
    “Turan Tovuz”un legioneri zədələndi
  • Bu gün, 16:02
    O, “Barselona”ya dönmək üçün fədakarlığa hazırdı
  • Bu gün, 15:41
    Cüdoçularımız uğursuz start götürüblər - "Böyük dəbilqə"
  • Bu gün, 15:20
    “Ginnesin Rekordlar Kitabı”na düşə bilər
  • Bu gün, 15:09
    “Maksimum 65-70 dəqiqə oynamağa gücümüz çatır” - MÜSAHİBƏ
  • Bu gün, 14:58
    “Çox oyun keçirən futbolçulara fərqli yanaşma, hörmət olmalıdı” - Ağasəlim Mircavadov
  • Bu gün, 14:47
    “Avstriya və İsveçə qarşı oyunlar göstərdi ki, yığmamızda ciddi çatışmazlıqlar var” - Aslan Kərimov
  • Bu gün, 14:36
    “Turan Tovuz” və “Sumqayıt”ın heyətləri
  • Bu gün, 14:25
    Ponomaryov millinin fiaskosunu çempionatın səviyyəsinə “bağladı”
  • Bu gün, 14:04
    Samir Əliyev funksional hazırlıqdan narazıdı: “U-21-ə yeni oyunçular qazandırmağa çalışacağıq"
  • Bu gün, 13:21
    De Byazinin düşüncələrinin iflası - TƏHLİL
  • Bu gün, 13:10
    Taekvondoçularımız açıq Avstriya çempionatında iştirak edəcəklər
  • Bu gün, 12:49
    Polisləri erməni təxribatı ilə bağlı AFFA-nın əməkdaşı “ayıldıb” - AÇIQLAMA
  • Bu gün, 12:38
    De Byazi İtaliyada bayram qeyd edir, AFFA onun hesabatını dinlədikdən sonra qərar verəcək
  • Bu gün, 12:27
    Rəqiblər öz işində, “CBC Sport” baş ağrıdır.. - KÖŞƏ
  • Bu gün, 12:06
    Messinin adı əbədiləşdirildi
  • Bu gün, 11:55
    Millimizin 8 cüdoçusu mübarizəyə başlayır - "Böyük dəbilqə"
  • Bu gün, 11:34
    "Araz Naxçıvan"ın tarixi qələbəsi - VİDEO
  • Bu gün, 11:03
    “Turan Tovuz” – “Sumqayıt” oyununa VAR təyinatları
  • Bu gün, 10:52
    “Araz Naxçıvan” Azərbaycan futbol tarixinə düşüb
  • Bu gün, 10:31
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 10:00
    Ferqyuson ilə Venger Şöhrət zalında
  • Dünən, 23:54
    “Saatlı bomba” işə başladı! - TƏHLİL
  • Dünən, 23:46
    “Fənərbaxça”nı seçmədim, çünki “Qalatasaray”a söz vermişdim”
  • Dünən, 23:30
    Fransa yığmasının yeni kapitanı var: Mbappe komandanın lideri ola biləcəkmi?
  • Dünən, 23:15
    “Qalatasaray” Bakıda gördüklərindən sonra TFF-yə üz tutacaq
Daha çox
Oxunub: 4 276
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
Oxunub: 1 918
“Bavariya”nın “elçi” düşdüyü, AFFA-nın maraqlanmadığı Renat - KÖŞƏ
Oxunub: 995
Maşallah Əhmədov: “Bəlkə atasına görə Musaya qarşı belə münasibət gösrərirlər?”
Oxunub: 841
Avropa və dünya çempionu Türkiyə ilə oyunda erməniləri dəstəkləmək üçün İrəvana gəldi
Oxunub: 724
Ermənilər Türkiyəyə məğlubiyyətə görə ukraynalını günahlandırır
Oxunub: 722
"Qarabağ" - "Qalatasaray" oyununa gələcək azarkeşlərin nəzərinə!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə