“Səbail”lə uzun sürən danışıqlardan sonra, nəhayət, ötən həftə Yunanıstana yollanan Turan Manafovun yanvarın 26-da Volos “Olimpiakos”unda debüt edəcəyi gözlənilsə də, bu baş tutmadı.

Həmyerlimizin formasını geydiyi komandanın “Niki” ilə qarşılaşması həmin gün güclü qar yağması səbəbindən ertələndi və srağagün keçirildi. Ancaq nədənsə Manafov nə start heyətində göründü, nə də sonradan meydana çıxdı. Halbuki futbolçunun özü bizə açıqlamasında “Niki” ilə qarşılaşmada yeni komandasının əsas heyətində meydana çıxacağını bildirmişdi.

Müdafiəçinin oynamamasının səbəbini aydınlaşdırmaq üçün agenti İlkin Alıyevi aradıq:

“Turanın “Olimpiakos”da debüt etməməsi sənəd problemi ilə bağlı oldu. Yunanıstan klubunun rəsmiləri AFFA-ya sorğu göndərmişdilər. Bizimkilər bütün prosedurları vaxtında həll edib futbolçunun sənədlərini Yunanıstan Futbol Federasiyasına göndərsələr də, klubun rəsmiləri onu qeydiyyata salmaqda, adını iştirak ərizəsinə daxil etməkdə gecikmişdilər. Halbuki baş məşqçi Turana start heyətində meydana çıxacağını söyləmişdi. Onu da bildirim ki, son günlər Yunanıstana, xüsusilə də Afinaya və ona yaxın bölgələrə güclü qar yağdığından həyat, demək olar ki, iflic olub. Turanla yanaşı, “Olimpiakos”un bu qış heyətinə qatdığı 5 yeni transferin də eyni səbəbdən “Niki” ilə oyuna çıxmadığını bildirmək istəyirəm. Onların da sənədi son anda hazır olduğundan məşqçilər korpusu heyətdə dəyişiklik etmək istəmədi”.


RƏŞAD, "Futbol+" qəzeti üçün

Son xəbərlər

"Real” superkuboku başı üzərinə qaldırdı

Zaniolo "Tottenhem"ə keçmədi

Dadaşovun bərabərlik qolu - VİDEO

Renat Dadaşov komandasını məğlubiyyətdən xilas etdi

Baneqa La Liqa yolunda

Abakarov gümüş medal qazandı - KONYA-2021

"Sumqayıt"dan yeni transfer

"Növbəti mərhələyə adlasaq, hər cür söz verəcəm" - Laurentsiu Regekampf

İdmançılarımızdan daha iki medal - KONYA-2021

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

Güləşçilərimizdən 3 qızıl medal - KONYA-2021

"Neftçi" ilə oyun maraqlı olacaq" - Patrik Qrayl

"Neftçi"nin özünəməxsus oyun tərzi var" - "Rapid"in baş məşqçisi

Millimizdən 5-ci medal - KONYA-2021

"Neftçi"dən azarkeşlərə müraciət

"İnter"dən "Sassuolo"ya

"Nyukasl" "Çelsi"nin futbolçusunu istəyir

"Qəbələ"dən növbəti transfer

Mariya Stadnik finalda

Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyir

PSV-nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Hacı Əliyev gümüş medalı təmin etdi

Millimiz Əfqanıstana qalib gəldi

"Neftçi" səfər oyunlarında problem yaşayır" - "Rapid"in baş məşqçisi

"Heyətimizə əsasən gənclər dəvət olunub" - Millimizin üzvü

"Qarabağ" - "Viktoriya" matçının vaxtı açıqlandı

"Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdu" - Yuri Syomin

FFF Qaltyenin PSJ ilə müqaviləsini tanımadı

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

“Real”dan “Jirona”ya keçdi

Silva Barselonada ev axtarır

“Napoli” Ruisi də itirir

"Qarabağ"ın rəqibi pleyy-offa belə yüksəldi - VİDEO

Millimiz oynamadan qələbə qazandı - İslam Oyunları

Sahil Babayev boks millisinin üzvləri ilə görüşdü - FOTOLAR

"Misli" ilə PFL arasında müqavilə imzalandı

Kadi Borges bu göstəricidə birincidi - Çempionlar Liqası

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim" - "Viktoriya"nın baş məşqçisi

"Qarabağ" bu göstəricilərlə ÇL-də birincidi - Statistika

"Belə tez dağılmamalı idik" - "Ferentsvaroş"un futbolçusu

"Neftçi" Avstriyaya yola düşdü

"Hələ Çempionlar Liqasında oynamağa hazır deyilik" - "Ferentsvaroş"un futbolçusu

"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı

Bütün xəbərlər