Futzal üzrə Bosniya və Herseqovina milli komandasının baş məşqçisi İvo Krezo Niderlanda keçirilən Avropa çempionatında Azərbaycan yığması ilə oynayacaqları D qrupunun 3-cü tur matçından öncə mətbuat konfransında iştirak edib:
"Ümid edirəm ki, futzalçılar qarşıdakı oyunla bağlı müvafiq tapşırıqları yerinə yetirə biləcəklər. Azərbaycan millisi keyfiyyətli kollektivdi. Onlar İspaniyaya qarşı sərgilədikləri oyunla əbəs yerə Avropa reytinqinin ilk "10-luğ"unda olmadıqlarını sübut etdilər. İspanlara qalib gəlsəydilər, bu, tam layiqli qələbə olardı. Rəqib özü haqqında ən yaxşı təəssüratı yaratmaq üçün bizimlə matçda xallar qazanmağa çalışacaq. İnanıram ki, turniri xalsız bitirməmək üçün özümüzdə güc tapacağıq. Axı, bu, Avropa çempionatıdı. Bu, bizə gələcək üçün əlavə stimul verəcək".
Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Bosniya və Herseqovina oyunu saat 20.30-da başlayacaq.