“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" saytının məlumatına görə, İngiltərə təmsilçisi “River Pleyt”dən Xulian Alvaresi transfer edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Mançester Siti”nin Alvaresin keçidi üçün 18 milyon avro ödədiyi bildirilir. Hücumçu ilə 5 illik müqavilə bağlanılacaq. Alvares yaya qədər “River Pleyt”də icarədə çıxış edəcək.