Daha bir Türkiyə klubu Mahir Emrelinin xidmətində maraqlıdı.
Söhbət "Qalatasaray"dan gedir. İstanbul nəhəngi azərbaycanlı hücumçunu azad agent olaraq transfer etmək niyyətindədi. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Xəbərdə menecerlərin Mahiri "Qalatasaray"a azad agent olaraq təqdim etdiyi bildirilir.
Qeyd edək ki, Azərbaycan millisinin üzvünün “Legiya” ilə anlaşması 2024-cü ilin yayında bitəcək. Hücumçu ilə Türkiyənin "İstanbul BŞ" klubu da yaxından maraqlanır.