"Xan Lənkəran" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
"Football-plus.az" saytının məlumatına görə, Lənkəran təmsilçisi Almaniyanın 5-ci liqa klubu "Bishofverde" ilə qarşılaşıb. Yüksək templə keçən görüşdə, sadəcə, bir qol vurulub. Cənub təmsilçisi matçdan minimal hesablı qələbə ilə ayrılıb. Görüşdə yeganə qolun müəllifi Elvin Mirzəzadə olub.
GÜNAY VƏLİYEVA