Müqavilə ilə ''Yuventus''a məxsus olan və icarə əsasında ''Atalanta''da çıxış edən Türkiyə yığmasının ulduz müdafiəçisi Merih Dəmiralın neçə müddətdi hamıdan gizlətməyə çalışdığı sevgilisinin kimliyi məlum olub.
Söhbət əslən Albaniyadan olan model Haydi Luştakudan gedir. ''Snob Maqazin'' jurnalının yaydığı məlumata görə, bu ikilinin münasibətləri artıq bir neçə aydı davam edir. 1990-cı il avqustun 8-də anadan olan Haydinin Merihdən 8 yaş böyük olması diqqəti çəkir. Dəmiral ilə Luştaku bir neçə gün öncə İsveçrədə dostları ilə birlikdə yemək yeyərkən görüntülənmişdi. Bu xanımın paylaşımlarındakı detal da diqqəti çəkmişdi.
Belə ki, onun bəzi şəkilləri futbolçunun evində çəkdirdiyi məlum olmuşdu. Model karyerasına hələ 13 yaşında başlayan və 5 dil bilən Luştaku ''Miss Switzerland 2013'' müsabiqəsinə qatıldıqdan sonra populyarlıq qazanmışdı. Luştaku bir neçə il öncə əslən albaniyalı olan peşəkar almaniyalı boksçu Robin Krasniçi ilə sevgili idi. Onların evlənəcəyi gözlənilsə də, cütlük sürpriz şəkildə üçillik münasibəti bitirmək qərarına gəlmişdi.