İspaniya çempionatının son turunda inanılmaz ssenarilər yaşandı.
Məsələn, şənbə günü “Atletiko” “Valensiya” ilə oyunda möhtəşəm geridönüşə imza atdı. İlk yarıda 0:2 geri düşmüşdülər ardından Mateus Kunya qollardan birinin əvəzini çıxdı. Bundan sonra oyun qol planında sakitləşdi. Ancaq Dieqo Simeonenin komandası lap sonda yenidən “partladı”: Anxel Korrea və Mario Ermoso uzatma dəqiqələrində (90+1 və 90+3) hərəyə bir qol vurmaqla qələbəni bayram etdi.
Cari mövsümdə “Atletiko” belə emosional və uğurlu sonluqlar baxımından əməlli-başlı əziyyət çəkir. Simeonenin 2-ci çempionluğundan sonrakı dönəm komanda üçün uğursuz keçir.
• Nəticələr qətiyyən ümid vermir. Barmaqlarımızı qatlayaq: İspaniya kubokunun 1/8 finalında “Real Sosyedad”a məğlubiyyətdən sonra mübarizəni dayandırdılar. Komanda La Liqada lider “Real”dan 13 xal geri qalmaqla 4-cü pillədə qərarlaşıb. Lap yaxınlarda çempionatın ardıcıl 4 oyununda uduzdular.
İspaniya Superkubokunu qazanmaq da mümkün olmadı. “Atletik” yarımfinalda daha yaxşı təsir bağışladı. Çempionlar Liqasında isə yalnız son turda qrupdan növbəti mərhələyə vəsiqəni təmin etmək mümkün oldu. “Hindular”ı irəlidə 1/8 final oyunları gözləyir ki, burda da rəqib “Mançestr Yunayted”di.
• Cari mövsümdə “Atletiko”da özünəməxsus möhkəm müdafiə çatışmır. Standart vəziyyətlərdə pis müdafiə olunmaq, yersiz səhvlər – bütün bunlar “Atletiko” üçün adi hal alıb. Komanda bunun nəticəsi kimi çempionatda keçirdiyi 21 oyunda artıq 26 qol buraxıb. Halbuki çempionluğun qazanıldığı ötən mövsümdə cəmi 25 qol buraxmışdılar. Adətən, inamlı oynayan Yan Oblak da əvvəlki formasından uzaqdı.
• “Atletiko” hücumda da yandırıb-yaxmır – Antuan Qrizmann ilə Mateus Kunyanın alınmasın baxmayaraq. Komandanın bombardiri argentinalı Anxel Korreadı (8 qol). Ardından Luis Suares (7), Kunya (4), Toma Lemar və Qrizmann (hərəyə 3) gəlir. Suares çempionatda meydana çıxdığı son 8 oyunda fərqlənməyib. Luis sonunda dəfə 2014-də - “Barsa”ya keçəndən dərhal sonra məhsuldarlıqla bağlı belə problem yaşamışdı.
• Zədələr də mane olur. Yan Oblak, Bencamen Lekomt, Anxel Korrea, Rodriqo De Paul və Mario Ermoso – cari mövsümdə heç bir zədə ilə üzəlməyən futbolçuların sırası belədi. Özü də Markos Lyorente, Qrizmann, Xose Mariya Ximenes, Lemar və Stefan Saviç artıq dəfələrlə zədəsini müalicə etdirib.
• Qismən də zədələr üzündən Simeone dominant taktiki sxem tapmaqda çətinlik çəkir. O, ötən mövsüm çempionluğu 3-5-2 sxemindən yararlanmaqla qazanıb. 2021/22 mövsümünə də eyni sxemlə başlasa da, zədələrə görə 4-4-2-yə dönməli oldu, deməli, futbolçular yeni taktiki sxemə uyğunlaşmalıydılar.
• “Marka” bir qədər də irəli gedərək paltardəyişmə otağında o qədər də sağlam olmayan atmosferdən və birliyin olmamasından bəhs edir. Guya klubun veteranlarına debütant De Paulun ünsiyyət baxımından yalnız Suareslə dostlaşması xoş gəlmir, komanda üzvləri ayrı-ayrı qruplara bölünüb. Ən böyük qruplaşmaya balkanlılardan (Oblak, Vrsalko, Saviç) və portəgiz-braziliyalı ittifaqından (Feliş, Lodi, Kunya, Felipe, həmçinin belçikalı Karrasko və fransız Lemar) ibarətdi.
“Atletiko” problemləri çox geniş dairədədi. Bir çox qaynaqların dünyanın ən yüksək ödənişli məşqçisi kimi göstərdiyi Simeone üçün bu, yeni çağırışlar mövsümüdü – bəlkə də argentinalı klubda keçirdiyi son 10 ildə heç vaxt bu qədər çağırışla üzləşməyib.