"Hall Siti"yə yeni baş məşqçi təyin olunub.
"Football-plus.az" saytının məlumatına görə, Şota Arveladze ilə 2,5 illik müqavilə bağlanılıb. Mütəxəssisin son iş yeri "Paxtakor" olub. Arveladze Daşkənd komandasına 2 dəfə ölkə çempionluğu və kubokunu qazandırıb.