Lionel Messi Xerard Pikenin hərəkətindən məyus olub.
"Football-plus.sz" saytının məlumatına görə, bu haqda yerli mətbuat xəbər yayıb.
Pike Messinin "Barselona"da qalması üçün öz maaşının azaldılmasına razı olmayıb:
"Pikenin Messi gedəndən sonra klubla yeni müqavilə bağlaması argentinalıya pis təsir edib. Messi hesab edir ki, klubda onu satıblar. Pike Messi getməyənə qədər "Barselona" ilə müqavilənin müddətini uzatmırdı. Messinin fikrincə, onun komandada qalması üçün Pike müqaviləni daha erkən imzalaya bilərdi".