"Qarabağ" fevralın 1-də Azərbaycan kubokunun 1/4 finalının ilk oyununda doğma azarkeşləri önündə "Keşlə" ilə qarşılaşacaq.
"Köhlən atlar" bu dəfə kubok oyununu "Tofiq Bəhramov"da keçirəcək. Buna səbəb "Azərsun Arena"nın ot örtüyündə bəzi işlərin görülməsidi. Stadionun ot örtüyündə konkret hansı problemin olduğunu isə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadədən soruşduq:
"Azərsun Arena"da işlər ot örtüyü ilə bağlıdı. Yaz fəsli ərəfəsində ot gübrələnir, toxum səpilir. Ciddi problem deyil, sadəcə, müntəzəm qulluq lazımdı. Yüklənməsin deyə belə bir addım atdıq. "Tofiq Bəhramov"da isə ot örtüyü ideal vəziyyətdədi. Ona görə “Keşlə” ilə görüşü orda keçirəcəyik".
Klubun rəsmisi ilə həmsöhbət olmuşkən, komandaya yeni oyunçunun gəlib-gəlməyəcəyini də soruşduq:
"İndiki anda heç bir futbolçunun heyətimizə qatılması söhbəti yoxdu. Heç kimlə razılıq əldə olunmayıb".
GÜNAY VƏLİYEVA