"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" saytının məlumatına görə, Milan təmsilçisi "Atalanta"dan Robin Qosens heyətinə qatıb. İtaliya klubu Almaniya yımasının futbolçusunu 3 milyon avro qarşılığında mövsümün sonunadək icarəyə götürüb. A Seriyasının lideri yayda 22 milyon avro ödəməklə 27 yaşlı sol cinah müdafiəçisinin transfer hüquqlarını əldə edəcək.
Qeyd edək ki, Robin Qosens 2017-ci ilin yayından etibarən "Atalanta"nın şərəfini qoruyur. Təcrübəli müdafiəçi cari mövsümdə Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 8 matçda 2 qol və 1 asistlə yadda qalıb.