Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.
"Football-plus.az" saytının məlumatına görə, qrossmeyster 19-cu turda Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.
Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.