Aleksandar Kolarov futbolçu həyatını başa vurur.
Onunla bağlı xəbəri “Tuttosport” qəzeti yayıb. Bu mənbə 36 yaşlı müdafiəçinin “İnter”lə müddəti bu ilin iyununa kimi olan müqaviləsini ləğv etdiyini bildirib. Kolarovun Milan klubunda qalaraq məşqçi kimi çalışmaq istədiyi də qeyd edilib.
Aleksandar 2020-ci idən formasını daşıdığı “İnter”də bu mövsüm bütün turnirlərdə cəmi 4 matça çıxıb. Serbiya millisində 94 oyuna 11 qol vuran futbolçu daha əvvəl “Çukariçki”, OFK, “Latsio”, “Mançester Siti” və “Roma”da oynayıb.