Fransa çempionatında dekabr ayının ən yaxşı oyunçusu məlum olub.
Liqa 1-in rəsmi saytının məlumatına görə, bu nominasiyada “Monpelye”nin yarımmüdafiəçisi Teci Savanye qalib gəlib. 30 yaşlı futbolçu ötən ay çempionatda iştirak etdiyi 4 oyunda 2 qol vurmuş və 2 məhsuldar ötürmə etmişdi.