Neymarın həyatı ilə bağlı sənədli film çəkilib.
Filmi “Netflix” şirkəti istehsal edib. Sənədli ekran əsəri “İdeal xaos” adlanır. Yanvarın sonunda ekranlara çıxacaq filmdə braziliyalı futbolçunun yaşıl meydandan kənardakı həyatı və atasının idarə etdiyi marketinq əməliyyatlarından bəhs edilir. PSJ-nin hücumçusu ESPN-ə açıqlamasında bunları deyib:
Fevralın 5-də 30 yaşı tamam olacaq Neymara inansaq, sənədli film onunla bağlı 100 faiz həqiqəti göstərəcək:
Neymar “İdeal xaos”la bağlı açıqlama verdi
“Mənim üçün vacib şəxslər məni yaxşı tanıyanlardı. Məni tanımayan və haqqımda pis fikirdə olanlarla isə arada məsafə saxlayıram. Onların sənədli filmə baxacağına ümid edirəm. Və ümid edirəm ki, bu film oların mənimlə bağlı təsəvvürlərini dəyişəcək. Barəmdə mənfi fikirdə olanların “İdeal xaos”u izləyəndən sonra məni az da olsa sevəcəklərinə ümidliyəm!”
“İndi yalnız fiziki deyil, həm də psixoloji cəhətdən güclüyəm. Çox böyük təzyiqə qarşı davam gətirməyə məcburam: belə vəziyyət şəxsiyyətimə, harda oynadığıma, braziliyalı olduğuma və bir çox digər amillərə görə formalaşıb. Amma indi mənəvi cəhətdən güclüyəm və buna nail olmaq üçün çox çalışmalı olmuşam. Fikrimcə, bu, mənim üçün yaxşı haldı: mən yalnız futbol oynamağı deyil, həm də psixoloji sağlamlığımın qeydinə qalmağı bacarıram”.