Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın "Visla" (Krakov) ilə bu gün üçün nəzərdə tutuıan yoxlama oyunu baş tutacaq.
"Football-plus.az" saytının məlumatına görə, qarşılaşmanın keçiriləcəyi və Ağdam təmsilçisinin məskunlaşdığı idman kompleksinin meydanı qardan təmizlənib. Maraqlı məqam isə təmizləmə prosesində "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla məşqçi heyəti, bəzi futbolçular, ofis işçiləri, klub rəsmiləri də iştirak etməsidi.
Qeyd edək ki, “Qarabağ” bu gün 2 yoxlama oyunu keçirməli idi. Lakin Antalyaya yağan güclü qar səbəbindən Çexiyanın “Bohemians” klubu ilə olan matç ləğv edilib.
“Visla” ilə qarşılaşma isə Bakı vaxtı ilə saat 17.45-də başlayacaq. Komandalar arasında əldə edilmiş razılığa əsasən, hazırlıq matçı 3 hissədən ibarət olacaq.