Bu gün "Sabah" Antalyada sonuncu oyununu keçirəcək.
"Football-plus.az" saytının məlumatına görə, "tələbələr" Serbiyanın "Mladost" klubu ilə üz-üzə gələcək. Qarşılaşma ilə bağlı dəyişiklik olub. Görüş Antalyanın Belek bölgəsindəki "Titanic Delux Football Centre" stadionunda keçirilmə ilə idi. Lakin yağan yağış arenanın ot örtüyünü pis vəziyyətə salıb. Buna görə də oyunun məkanı dəyişdirilib. Qarşılaşma Lara bölgəsindəki yerləşən "Titanic" otelin stadionda baş tutacaq.