Gözlənildiyi kimi, Marselo ağır cəzadan qaça bilməyib.
“Real”ın oyunçusu İspaniya kubokunun 1/8 finalının “Elçe” ilə oyununda (2:1) meydandan qovulmuşdu.
Braziliyalı müdafiəçi 102-ci dəqiqədə ona birbaşa qırmızı vərəqə göstərən hakim Xorxe Vaskesə “sən çox pissən” demişdi. Bunu da nəzərə alan futbol qurumunun müvafiq komitəsi ona 3 oyunluq cəza kəsib. Bu isə o deməkdi ki, Marselo 1/4 finalının “Atletik”lə oyununu buraxacaq futbolçu komandası vəsiqə qazanacağı halda yarımfinalın hər iki matçında da görünməyəcək.