• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

Ramin Musayev Sadıq Sadıqovun futbola qayıtmasını istəyir - MÜSAHİBƏ

25 yan, 22 - 14:20777

Uzun illərdi PFL-ə rəhbərlik edən Ramin Musayev hazırda Antalyada klublarımızın qış hazırlığını izləyir.

Futbol funksioneri premyer-liqa təmsilçilərinin yoxlama oyunları zamanı tribunada yerini tutur. Bundan başqa, PFL-in rəsmi “yutub” kanalı komandalarımızın görüşlərini canlı yayınlayır. Ramin Musayev bu məsələlərə şəxsən özü nəzarət edir.

Yuxarıda sadaladığımız məqamları nəzərə alıb, PFL-in rəhbəri ilə məskən saldıqları “Miracle” otelində görüşdük. Musayevlə ölkə futbolunda baş verən proseslər, çempionatın ikinci yarısı, klublarımızın hazırlığı barədə söhbətləşdik...

“Məncə, heç “Qarabağ” özü də çempion olacağına arxayın deyil”

- Antalyada hansı klublarımızın qarşılaşmalarını izləmisiz. Ümumiyyətlə, kimin oyunu sizə daha xoş təsir bağışlayıb?

- Demək olar ki, əksəriyyətinin görüşlərini izləmişəm. Harda hava soyuqdusa, hansısa stadionda normal şərait yoxdusa, ora səhhətimə görə gedə bilmirəm. Premyer-liqanın 6 təmsilçisi burdadı. Onları bir-birindən ayırmaq olmaz. Deyə bilmərəm ki, bu komanda daha həvəslə hazırlaşır. Hər biri özünəxas təlim-məşq toplanışı keçir. Kimin daha yaxşı, kimin pis hazırlaşdığı çempionatın 3-cü dövrəsinin 4-5 turundan sonra bəlli olacaq.

- Çempionatın ikinci yarısında hansı dəyişiklik ola bilər? “Qarabağ” ən yaxın rəqibi “Qəbələ”dən 7 xal irəlidədi. “Neftçi” isə Ağdam təmsilçisindən 11 xal geri qalır. Bu fərq aradan qalxa bilər? “Neftçi” “Qarabağ”a çatar?

- “Neftçi” çatmasa da, bəlkə o biriləri çatar. Futbolda hər şey ola bilər. Məncə, heç “Qarabağ” özü də çempion olacağına arxayın deyil. Yenə deyirəm, futbolda hər şey mümkündü.

- “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsini adlamağı bacardı. Rəqib bəlkə də turnirin ən güclü klubu “Marsel”di. “Qarabağ”ın burdakı oyununu da izləmisiz. Ağdam təmsilçisinin fransızları keçmək şansı nə qədərdi?

- Belə bir məsəl var: bərk qaçan at yerişindən bəllidi. Komandanın hazırlığını, kollektiv daxilindəki əhval-ruhiyyəni və “Qarabağ”ın bu rəqiblə ilk matçını səfərdə keçirəcəyini nəzərə alıb deyə bilərəm ki, Ağdam təmsilçisi öz fanatlarını sevindirəcək.

- “Qarabağ”ın “Şlyonsk”la oyunundan sonra Qurban Qurbanovla təxminən 5 dəqiqə söhbət etdiz. Sirr deyilsə, nədən danışdız?

- Şəxsi söhbət edirdik. Yəni ailəvi məsələlərdən danışırdıq. Vəziyyət necədi? Uşaqlar nətərdi? Nə var, nə yox? Qurban Qurbanov nəvələrimi soruşdu. Mən övladları ilə maraqlandım. Qısası, özümüzdən danışırdıq.

“Guya VAR sistemi gələndə səhv olmayacaq?”

- Frits Stuxlik belə bir açıqlama verib ki, Azərbaycan premyer-liqasının 2-ci yarısında VAR olmaya bilər. AFFA İcraiyyə Komitəsi son iclasında 500 min dollar ayırdı ki, bu problemin həlli istiqamətində xərclənsin. İndiki halda fasilədən sonra VAR-ın olmamasına səbəb nədi?

- Bunu kim deyibsə, ondan soruşun. Mən hardan bilim?

- Siz çempionatı keçirən qurumun rəhbərisiz...

- Bəli, çempionatı mən keçirirəm. Amma o sistemlə maraqlanmıram. Tərafdarıyam ki, bizim çempionatda VAR olsun. Sözsüz, çempionat ədalətli keçir. Ancaq elə an olur ki, gənc hakimin səhvindən hansısa komanda 3 xaldan məhrum olur. Futbolçuların əziyyəti gedir. VAR-ın olması yaxşıdı. Amma alınmırsa, yəqin ki, vaxt çatmır. Fikrimcə, bu məsələ ilə elə-belə məşğul olsaydılar, AFFA rəhbərliyi bu işlərlə bağlı hakimləri üç dəfə Türkiyəyə göndərməzdi. Gecikmənin səbəbini dəqiq bilmədiyimə görə heç nə deyə bilmərəm. Amma alınsa, şükür edib, sevinərik ki, alındı.

- Çempionatın ilk turlarında hakimlərdən ən çox narazılıq edən Rəşad Sadıqov idi. VAR-ın ölkəmizə gəlməsini ən çox gözləyən şəxslərdən biri də məhz “Zirə”nin baş məşqçisidi. Sizcə, həqiqətən Sadıqovun komandasına qarşı haqsızlar olur deyə, bu sistemin premyer-liqada tətbiqini istəyir?

- Vallah, bu haqda heç düşünməmişəm. Rəşad çox yaxşı futbolçu olub. O, yaxşı dostdu. Hazırda yaxşı məşqçidi. Gəncdi. Bugünkü hakimlərimizin əksəriyyəti onunla yaşıddı. Necə futbolçular səhvə yol verirsə, hakimlər də elə. Bəzən komanda məğlub olanda baş məşqçilər, adətən, deyirlər ki, günah futbolçularda yox, məndədi. Gənc hakim də səhv edəndə onu qınamaq lazım deyil. Bunu bilərəkdən etmirlər. İnsan səhv edə bilər. Vacib odu ki, qərəz olmasın. Geridə qalan iki dövrənin oyunlarının hamısını izləmişik. Təkcə “Zirə”yə yox, başqa klublara qarşı da olub. Oyunun taleyini həll edən səhv belə olub. Səhvdən heç kim “sığortalanmayıb”. Bu olmalıdı, olacaq da. Guya VAR sistemi gələndə səhv olmayacaq? Onda da olacaq. Səhv futbolun gözəlliyidi. Rəşad Sadıqova da uğurlar arzulayıram. Gəncdi, vaxtilə bir yerdə işləmişik. Yəqin ki, o çılğınlıq məndən ona keçib (gülür).

- Hakimlərdən danışdıq. Amma referilərimiz yerlərində sayırlar. Ən çox ümid bəslədiyimiz hakim Əliyar Ağayev idi. O da elit kateqoriyaya illərdi yüksələ bilmir.

- İlkin, bu sualı mənə yox Stuxlikə ver. Mənə aid olan şeylərdən sual ver...

“Alınmasa da, AFFA köməyimizdə durur”

- PFL-in hazırkı durumu necədi? Maliyyə ilə bağlı problem yoxdu ki?

- Hansısa çatışmazlığımız yoxdu. Fevralda yeni sponsorla müqavilə bağlayacağıq.

- Bu Türkiyənin “Misli” şirkətidi?
- Bəli! İnşallah, alınar. Alınmasa da, AFFA köməyimizdə durur. PFL yarandığı gündən həvəslə çalışır. Bu gün də klublarla bir yerdəyik. Komandalarımızın vəziyyəti ilə bağlı mətbuat işçilərinə, azarkeşlərə məlumatlar veririk. Canlı yayınlarımızı izləyirlər. Çalışırıq ki, bizim də az da olsa, köməyimiz dəysin.

- PFL-in rəsmi “yutub” kanalı vasitəsi ilə, demək olar ki, Antalyadakı bütün oyunlar canlı yayınlandı. Birinci divizionda keçirilən qarşılaşmalar da azarkeşlərə təqdim olunur. Bu layihə sizindi, yoxsa təklif Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevdən gəlib?

- Ümumi Peşəkar Futbol Liqasının.

- Daha da təkmilləşməsi üçün hansısa addımları atacaqsız? Yoxsa Azərbaycan üçün bunu yetərli sayırsız?

- Təbii ki, inkişaf etdirəcəyik. Fikir verirsiz, əvvəl oyunları bir kamera ilə çəkirdik. Ancaq bu il iki kamera ilə çəkirik. Növbəti ilə düşünürük ki, epizodların təkrarını da tamaşaçılara təqdim edək. Dron almaq fikrindəyik. Düzdü, Azərbaycanda ondan istifadəyə icazə yoxdu. Amma burdakı matçlarda xidmətindən yararlana bilərik. Futbolsevərlərə oyunun bütün gözəlliklərini çatdırmaq istəyirik. Yeniliklərimiz konkret budu.

- Qeyd etdiz ki, Azərbaycan futboluna yeni sponsor gəlir. Bununla bağlı İqtisadiyyat Nazirliyi Türkiyə şirkəti ilə müqavilə bağlayıb. Artıq “Misli.az” fəaliyyətə başlayıb. Onların Azərbaycan futboluna fayda verəcəyini düşünürsüz?

- Sponsorluq edəcəklərsə, yəqin ki, ölkə futbolunun inkişafına xeyirləri olar.

- “Futbol+” qəzetinin əldə etdiyi məlumata görə, yeni sponsor hər kluba 2,5 milyon manat maliyyə ayıracaq. Bununla bağlı məlumatınız var?

- Vallah, mənim dəqiq xəbərim yoxdu. Maliyyə məsələsi ilə bağlı hansısa informasiya malik deyiləm. Amma gözlənilir və söhbət də gedir ki, sponsordan alınan maliyyə bütün klublar arasında bərabər bölünsün.

“Lisenziyan yoxdusa, səni necə buraxım çempionata?”

- Növbəti mövsüm Azərbaycan premyer-liqasında yeni komandalar görə biləcəyik?

- Sizinlə müsahibədən öncə köhnə iş yoldaşımla bu barədə söhbət edirdik (menecer Səbuhi Səfiyarlını nəzərdə tutur). Mən deyəcəm olmayacaq, yenə deyəcəklər ki, Ramin Musayev səhv məlumat verdi (gülür). Amma ümid edirəm ki, növbəti mövsüm artıq 10 komanda olmalıdı.

- Birinci divizionda yüksək pillələrdə bitirən klubları premyer-liqada görəcəyik?

- Lisenziya alan komandalar çempionata vəsiqə qazanacaq. Ola bilsin, çempionatı sonuncu pillədə bitirən klub premyer-liqaya vəsiqə qazansın.

- Çempionatı təşkil edən qurumun rəhbəri olaraq bu məqam sizə xoş gəlir, ya yox?

- Nə?

- Məsələn, “Kəpəz” 1-ci divizionu 10-cu pillədə başa vurur, amma premyer-liqada çıxış edir. Lakin 2-ci pillədə qərarlaşan “Zaqatala” yox.


- Mənə xoş deyil. Amma haqq-ədalət var. İkinci yeri tutmusansa, lisenziyanı al da. Lisenziyan yoxdusa, səni necə buraxım çempionata?

Bu yerdə PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev müdaxilə edir:

- Əsasnamədə qeyd olunub ki, çempionatda lisenziya alan komandalar iştirak edə bilər.

“Əmidən, dayıdan menecer olmaz”

- Hazırda ölkə futbolunda ən çox gündəmi zəbt edən şəxs Mahir Emrelidi. “Legiya”da yaşadığı problemlərə görə komandasının Dubaydakı təlim-məşq toplanışına qoşulmayıb. Sizin bu hadisəyə münasibətiniz necədi?

- Vallah, Mahir mənə müraciət etməyib ki, onun haqda da nəsə söyləyim. Amma şad xəbər deyil. Bu barədə məlumatım var. Ən azı düşünürdük ki, 1-2 futbolçumuz Avropada çıxış edir. Biri də belə getdi. Nə deyə bilərəm? Sadəcə, uğurlar arzulaya bilərəm. Futbolçunun yaxşı oyunçu olmağı bəs deyil. Onun yaxşı meneceri olmalıdı. Yoxsa bir gün biri, başqa vaxt o biri ilə olmaz. Əmidən, dayıdan menecer olmaz. Peşəkar agentlərimiz çoxdu. Onların savadından, əlaqələrindən istifadə etmək lazımdı. Gənc futbolçudu, öz balamızdı. Yəqin klubunun rəhbərliyi ilə dil tapmalıdı. “Legiya” ilə razılaşmalıdı. Müqaviləsi varsa, həmin komanda ilə mütləq qarşılıqlı razılıq əldə etməlidi. Gəlməsə, qanun necə göstərirsə, ona uyğun problem yaşaya bilər. Ona görə deyirəm ki, yaxşı menecerlərimiz var. Ad çəkmək istəmirəm. Amma onlardan istifadə etməlidi.

- Türkiyədə çıxış edən futbolçularımız var. Düzdü, Antalya ilə onların çıxış etdikləri klubların təmsil etdiyi şəhərlər uzaq olsa da, əlaqə saxlamısız? Türkiyədə olduğuz müddətdə azərbaycanlı futbolçularla maraqlanmısız?

- Telefonla əlaqə saxlamırıq. Niyə yalan danışım. Mətbuat katibimiz Aslan Şahgəldiyev vasitəsilə onlarla maraqlanmışıq. Namik Ələskərovun vəziyyəti çox əladı. Vüsal İsgəndərli də yaxşılığa doğru gedir.

- Uzun illərdi Antalyaya öz komandanızla gəlib-gedirsiz. Belə şəraiti Azərbaycanda yaratmaq üçün nə olmalıdı? Nələr lazımdı?

- Pul. Pul ver, mən bundan daha yaxşısını yaradaram.

Yenə Aslan Şahgəldiyev müdaxilə edir.

- Pandemiya dövründə bir mövsüm klublarımız Qəbələdə toplaşdılar. 8 komandanın hamısı təlim-məşq toplanışını orda keçirdi. Azərbaycan səviyyəsində normal oldu.

Ramin Musayev fikirlərinə davam edir.

- Yəqin ki, burda söhbət təkcə Qəbələdən getmir. Sual verirsiz ki, bu şəraiti Azərbaycanda yaratmaq olar? Alınsa belə, yenə klublar bir-biri ilə oynamayacaqlar ki. Komandalarımız bura kefə gəlmir. Vaxtilə biz hakimlərlə işləyəndə deyirdilər ki, onlar gedirlər Türkiyədə dincəlməyə. Ən azı 80-85 oyun idarə edirdilər. 14 gün ərzində bu böyük rəqəmdi. Bu təlim-məşq toplanışlarının sayəsində hakimlərimiz parlamağa başladı. Bu gün fəxrlə deyirik ki, bizim Əliyar Ağayevimiz var. Düzdü, Azərbaycanda bu şəraiti yaratmaq olar. Amma “Səbail” - “Neftçi”, “Qarabağ” –“Zirə” üz-üzə gəlib, hazırlıq keçsinlər? Alınmaz axı belə.

- Sadıq Sadıqovun “Səbail”in prezidenti olacağı deyilir. Buna münasibətiniz necədi?

- Sadıq mənim qardaşımdı, yaxşı dostdu. O, premyer-liqada çıxış edən klubun prezidenti olsa, sevinərəm. Çünki iddialıdı. Harda olsa, çalışır ki, birincilərdən olsun. Necə ki, Sadıq Sadıqov “Neftçi”yə gələn kimi çempionluqaları sıraladı. İlk dəfə Avropa Liqasının qrupuna vəsiqə qazandıq. Bunların hamısı göz qabağında olan şeylərdi. Tarix heç vaxt itmir. Sözsüz, sevinərəm ki, geri qayıdır. Başqa komanda ilə olmasa da, ən azı öz klubu ilə premyer-liqaya gəlməsini istəyərəm. Bu məqam çempionata maraq yaradar. Günah heç kimdə deyil. Hazırkı durum belədi. Çünki komanda sayı azdı. Əvvəlki sponsorlar yoxdu. Bütün güc yenə düşür AFFA-nın üstünə. Hər şeyə görə zamana ehtiyac var. Sadıq müəllimin futbola gəlməsi Azərbaycan üçün xeyirli olar.

İLKİN SULTANLI, Antalya

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
“Mənim üçün bütün oyunlarda qələbə qazanmaq önəmlidi”
backend
Məşqçilər Komitəsi plan hazırlayıb
backend
Klublarımızın Antalyadakı oyunları "CBC Sport"da yayınlanmayacaq
backend
"Region Liqasındakı komandaların Azərbaycan Kubokunda iştirakı bir az qeyri-peşəkar olar"
backend
“Sabah” Murad Musayevlə anlaşıb?
backend
Ramin Quliyevə "Sabah"da vəzifə veriləcək?
backend
Azarkeşlərin stadionlara buraxılması üçün Operativ Qərargaha müraciət olunacaq
backend
“PFL öz işinə diqqət ayırsa, daha məntiqli olar” - Tanınmış menecer
backend
Ramin Musayev azarkeşlərdən üzr istədi, hökumətə təşəkkür etdi
backend
AFFA azarkeşlərlə bağlı Operativ Qərargaha müraciət etməyib
backend
Ramin Musayevin səhhətində ciddi problem aşkarlanmayıb
backend
PFL-dən təqdirəlayiq addım
backend
Ramin Musayev ürəyindən əməliyyat olunub
backend
Holdinqlərdən biri premyer-liqaya sponsorluq etmək istəyir
backend
Ramin Musayev daha 4 il kreslosunda oturacaq
backend
PFL prezidenti sentyabrın 14-də seçiləcək
backend
Ramin Musayev nə vaxt PFL prezidenti seçiləcək?
backend
Vəzifənizi yerinə yetirin!
backend
“Turan”ın futbolçuları premyer-liqanın həsrətini çəkir
backend
Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb
backend
Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır
backend
PFL Antalyaya böyük heyətlə gedib
backend
“Sponsor məsələsi tezliklə həll olunacaq”
backend
PFL divizionun oyunlarını canlı yayınlayır
backend
“Gəncə alınmasa, ya Respublika stadionu, ya da növbəti dəfə Qəbələ”
backend
“CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək
backend
PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir
backend
Birinci divizionun püşkü atıldı
backend
Ramin Musayev konfransa qatılmadı
backend
Ramin Musayev Qurban Qurbanovla məsləhətləşdi
backend
Ramin Musayev Böyükağa Hacıyevi ziyarət etməyib
backend
Antalya toplanışı jurnalistlərin gözündə...
backend
Moldova ilə oyunun son dəqiqələri “Mardan”da fiberoptik təchizatın çökməsi üzündən göstərilməyib
backend
Ramin Quliyev U-17-ni Qəbələyə aparır
backend
Ramin Musayev “Sumqayıt”ın “Qarabağ”ı keçəcəyini gözləyirmiş
backend
Ramin Musayev "Neftçi"dən daha çox razı qalıb
backend
Ramin Musayev oğlunu evləndirdi
backend
Ramin Musayev verdiyi sözü tutmadı
backend
Ramin Musayev Sumqayıtda tribuna tikəcək
backend
PFL 9 yaşına çatdı

GÜNÜN XƏBƏRİ

backend
Gürcünün “Neftçi”dən tələbi – 20 milyon manat büdcə, 350 min avro maaş
26 may, 22 - 12:391 049

XƏBƏR LENTİ

Mbappe onu PSJ-yə gətirməyə çalışır
20:2126 may
Finalçılar Qəbələyə nə qədər azarkeş aparacaq? - AÇIQLAMALAR
20:0026 may
Rəmzi komandada iki PSJ, MS və “Liverpul”lu
19:3626 may
“Aftandil müəllimi "Səbail"in ayrılmaz, qızıl parçası sayırdıq”
19:2026 may
Çeferin ''Real''ın ittihamlarına cavab verdi
18:5526 may
“Sumqayıt” nəyi gözləyir?
18:3726 may
Salah ''Liverpul''da qalacaqmı?
18:1926 may
“Səbail” rəhbərliyinin Aftandil Hacıyevlə vidalaşmasının - ŞOK SƏBƏBLƏRİ
18:0026 may
''Fənərbaxça'' Arda üçün nə qədər pul istəyir?
17:3426 may
"Səbail"in yeni baş məşqçisi məlum oldu - RƏSMİ
17:3326 may
Elçin Məsiyevin dosyesi - ARAŞDIRMA
17:1326 may
Alonso qəti qərara gəldi
16:5826 may
"Mənim sayəmdə ölkəmdəki insanlar Azərbaycan haqda öyrənirlər" - MÜSAHİBƏ
16:3226 may
İdman jurnalistləri üçün şahmat turniri keçiriləcək
16:2526 may
Neymar haqqında gəzən iddiaya münasibətini bildirdi
16:1526 may
“Cəbrayıl” hansı stadionda oynayacaq? - AÇIQLAMA
15:5726 may
Ağır atletimiz Avropa çempionatında iştirak edəcək
15:4026 may
"Qarabağ" final matçı üçün Qəbələyə getdi - FOTOLAR
15:3726 may
"Vətən Müharibəsi" şəhidinin xatirəsinə şahmat turniri təşkil edildi
15:1426 may
Mourinyo avrokuboklarda “het-trik” etdi!
14:5926 may
“Səbail”i Mahmud Qurbanov çalışdıracaq? – ÖZÜ AÇIQLADI
14:3126 may
Bundesliqa klubunda yeni baş məşqçi
14:1226 may
Samir Abasovun taleyinə bu tarixdə aydınlıq gələcək - AÇIQLAMA
13:5626 may
Elxan Məmmədov Ukraynada
13:4526 may
Salah yeni mövsümə harda başlayacaq?
13:3326 may
“Bu həftə namizədlərdən biri ilə razılığa gəlməyi düşünürük” - MÜSAHİBƏ
13:1826 may
Kovaç yenidən bundesliqaya qayıtdı
12:5226 may
Gürcünün “Neftçi”dən tələbi – 20 milyon manat büdcə, 350 min avro maaş - AÇIQLAMA
12:3926 may
Klopp çempion ola bilməsə də...
12:1926 may
"Kəpəz" iş adamlarından dəstək istədi
11:4726 may
Benzema ən yaxşı seçildi
11:3126 may
Daha 4 karateçimiz mübarizəyə başlayır
11:1126 may
"Sabah" millimizin üzvü ilə yeni müqavilə imzaladı
10:5526 may
Premyer-liqanın ən pis rəmzi komandası açıqlandı
10:3026 may
Argentina millisinin oyunu ləğv edildi
10:1126 may
"Qarabağ" Konfrans Liqasında bu göstərici ilə ikinci oldu
09:5026 may
"Meydana tarix yazmağa çıxdıq" - Mourinyo
09:3026 may
Konfrans Liqasında ən yaxşı futbolçu adına namizədlər
09:1526 may
"Roma"nı çempion edən qələbə - VİDEO
01:1526 may
Konfrans Liqasının ilk qalibi bəlli oldu - YENİLƏNİB
00:5726 may
Azərbaycanlı futbolçunun qolu komandasına qələbə qazandırdı
00:0626 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə