Mario Balotelli 3 illik fasilədən sonra yenidən İtaliya millisinə dəvət alıb.
Roberto Mançininin DÇ-2022-nin seçmə mərhələsinin pley-off oyunları üçün yığmaya çağırdığı 35 futbolçudan biri də Balotellidi. Hazırda "Adana Dəmirspor"da forma geyinən futbolçu son dəfə 2018-ci ilin sentyabrında, Polşaya qarşı UEFA Millətlər Liqasının oyununda (1:1) seçmənin formasını geyinib.