“Uotford”un baş məşqçisi Klaudio Ranyeri istefaya göndərilib.
"Football-plus.az" saytının məlumatına görə, istefaya komandanın uğursuz çıxışı səbəb olub. Mütəxəssis təyinatından 3 ay sonra tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, "Uotford" 71 yaşlı baş məşqçinin rəhbərliyi altında meydana çıxdığı 13 oyunun 10-da uduzub.