"Neftçi"də icarə əsasında çıxış edən Mamadu Kanenin çıxış etdiyi Qvineya millisi Afrika Millətlər Kubokunda mübarizəni dayandırıb.
"Football-plus.az" saytının məlumatına görə, buna səbəb 1/8 finalda Qambiya yığması ilə üz-üzə gələn komanda kollektiv rəqibinə minimal hesabla uduzması olub.
"Ağ-qaralar"ın futbolçusu bu görüşdə iştirak etməyib.
Qeyd edək ki, Mamadu Kane müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsusdu.