"Milan"ın hücumçusu Zlatan İbrahimoviç zədə səbəbindən DÇ-2022-nin seçmə mərhələsinin pley-off mərhələsini buraxa bilər.
"Football-plus.az" saytının məlumatına görə, bu barədə nüfuzlu "La Gazzetta dello Sport" xəbər yayıb.
40 yaşlı hücumçu İtaliya çempionatının 23-cü turunun "Yuventus"la oyununda (0:0) zədələnib.
Qeyd edək ki, İsveç millisi DÇ-2022-nin seçmə mərhələsinin pley-off mərhələsində Çexiya ilə üz-üzə gələcək.