[b]Xavi İspaniya çempionatının 22-ci turunda “Deportivo Alaves” üzərindəki minimal hesablı qələbədən danışıb:
“Biz bu görüşü gözləyirdik. Müxtəlif sxemlər üzrə – üçlü, dördlü müdafiədə oynamağa çalışdıq. Daha sonra “3-4-3”ə keçdik. Bu isə bizə baha başa gəldi. Hazırda komandamızda vəziyyət sadə deyil. Biz çox əziyyət çəkməliyik. İndi futbolçularımızda özünəinam azdı. Onların ətrafında baş verənlər bəzən futbolçulara kömək etmir. Məsələn, Alba tənqidlərə məruz qalan Buskets və Pike kimi əla oyun keçirdi. Bilmək lazımdı ki, “Barselona”nın formasının ağırlığı başqalarından 20 kiloqram çoxdu. Bu gün günəş çıxdı. Emosional olaraq futbolçularımız qələbə qazanmalı idilər”.