Azərbaycanda uşaq futbolunun problemləri: Sağlam təməllər üzərində sağlam bina... Olacaqmı?

Azərbaycanda uşaq futbolunun problemlərinə həsr olunmuş layihə çərçivəsində növbəti yazını oxucularımıza təqdim edirik. Növbəti müsahibimiz Məhərrəm Müslümzadədi. 31 yaşlı mütəxəssis Azərbaycan futboluna xeyli məşhur adlar bəxş edən Tovuz rayonunda doğulub. Elə futbolun sirlərini də “Turan”ın uşaq komandalarında öyrənib. Futbolla nəfəs alan Tovuzda böyüyən həmsöhbətimizdə futbola maraq da elə doğulduğu rayonun havasından-suyundan yaranıb. 10 yaşından “Turan”ın uşaq komandalarında oynamağa başlayan Müslümzadə cəmi 7 il sonra əsas komandanın formasını geyinib. Bir müddət “Turan”da çıxış etdikdən sonra Məhərrəm Müslümzadə “Qəbələ”, “Bakı”, “Kəpəz” və “Rəvan”ın da heyətində oynayıb. Gənc yaşlarında aldığı zədə səbəbindən 22 yaşında karyerasını bitirməli olan həmsöhbətimiz psixoloji çətinliklərin məngənəsinə düşür. Futboldan bir müddətlik küssə də yarımçıq arzularını məşqçi kimi bu sahəyə dönməyə qərar verir. Sonrasını da öz dilindən eşidək:



- Mənim futbolla bağlı böyük arzularım vardı. Heyf ki, amansız və ardıcıl zədələr bu arzularımı həyata keçirməyimə imkan vermədi. Müəyyən müddət bu sahədən uzaq düşdüm. Amma sonra gördüm ki, futbolsuz qala bilmirəm. Qərar verdim ki, məşqçi kimi fəaliyyət göstərim. Məşqçiliyə başlamaq üçün bu işin incəliklərini öyrənməyə başladım. “Vətən” futbol məktəbində məşqçi kimi ilk addımlarımı atdım. AFFA-nın C və UEFA-nın B kateqoriyalı məşqçilik kurslarına qatıldım, imtahanları uğurla verdim. Beləcə məşqçilik həyatım başladı. 2017-ci ildə “Sabah” futbol klubunun təsis edilməsi mənim üçün də dönüş nöqtəsinə çevrildi. Həmin vaxt komandanın baş məşqçisi Arif Əsədov idi. Mən Əsədovun məşqçilər heyətində yer aldım. Mənim üçün böyük fəxr və etimad idi. Belə böyük futbol adamının yanında bir il işlədim və çox şey öyrəndim. Daha sonra “Sabah” elitaya vəsiqə qazandı. “Sabah” klubu “Vətən” məktəbiylə əməkdaşlıq edir. Hal-hazırda “Sabah”ın U-10 komandasının baş məşqisiyəm. Hər şey qaydasındadı. İşimizin ağırlığını, məsuliyyətini tam başa düşürəm. Çünki 9-10 yaşlı uşaqlar elə bir yaş qrupudu ki, bu yaşda bünövrə qururuq. Bu yaşda səhvə yol versən, “qurulan binanın” fəsadları üzə çıxacaq. Ona görə də işimizə maksimum məsuliyyətli yanaşırıq. Səylə və həvəslə çalışırıq. Bütün xırdalıqları nəzərə alırıq.

- Özünüz futbolçu kimi müəyyən yol keçmisiz. Hazırda da uşaqlarla işləyirsiz. Futbolumuzun mövcud vəziyyətini necə qiymətlənidirirsiz?

- Çox istedadlı uşaqlarımız var. “Sabah” futbol akademiyasında çalışdığım üçün demirəm. Bizim akademiyada hər bir yaş qrupu üzrə xeyli istedadlı uşaq var. Allah hər birinin futbol taleyini versin, bəxtləri açıq olsun. Gələcəkdə milli komandanın formasında, Avropa klublarının heyətində onları görməyi çox arzulayıram. Məncə, istedadlı uşaqların erkən yaşdan kənara çıxmasına, təcrübə qazanmasına çalışmalıyıq. Ən azından akademiyalar özləri seçilənlərə yardımçı olmalıdı. Mən də özümə söz vermişəm ki, Azərbaycan futboluna xidmət etmək üçün əlimdən gələni edim, faydalı olum. Bu yolda ilk addımlarımı atmışam, ilkin nəticələr də var. 2014-cü il təvəllüdlü Əli Hüeynli adlı yetirməmizin adını çəkmək istəyirəm. “Sabah”ın U-10 komandasında məşq edir. İyun ayında onu Türkiyənin “Altınordu” klubunun bazasına apardıq. Siz də bilirsiz ki, “Altınordu” təkcə Türkiyədə deyil, Avropada sayılıb-seçilənlərdəndi. Bizim üçün də sevindiricidi, orda mütəxəssislər Əlini çox bəyəndi. Orda xarici vətəndaşlara yer vermirlər. Ordakı koordinatorlar çox istəyirdi ki, Əli orda qalsın. Bu mənada bir ilk olacaqdı ki, Türkiyə pasportu olmayan uşaq “Altınordu”ya qəbul edilirdi. Artıq Əli Hüseynli həmin akademiyanın üzvüdü. U-9 komandasında məşq edir, özündən böyüklərlə birlikdədi. Digər yetirməmiz Atilla Əlisoy 2012-ci il təvəllüdlüdü. “Qalatasaray”da seçimlərin iki mərhələsindən uğurla keçib. Gələn ay yekun mərhələ olmalıdı, ondan sonra Atilla “Qalatasaray”ın akademiyasına qəbul ediləcək. Uşaqların ekrən yaşdan xaricə getməsinə çalışmalıyıq. Ordakı akademiyalara uşaqları göndərməliyik. İlk addımı da biz atmışıq. Başqalarına da bu şəraiti yaratmalıyıq. İspaniyaya, Xorvatiyaya niyə uşaqlarımızı göndərməyək? İnanın ki, belədə daha tez nəticə əldə edərik.

- Sözlərinizdən belə başa düşürəm ki, gələcək üçün nikbinsiz. Futbolumuzun gələcəyini indikindən daha yaxşı görürsüz, milli komandalarımızın nəticələrini hazırda yetişməkdə olan nəsil yaxşılaşdıracaq...



- Bu sözlərimi şablon kimi yox, işin içində olan kimi deyirəm. İstedadlı uşaqlar yetərincədi. Onların müəyyən yaşdan sonra yoxa çıxması araşdırılmalıdı. Səbəblər tapılıb, aradan qaldırılmalıdı. “Altınordu”nun koordinatoruyla söhbətdə bunu müzakirə etmişik. Türkiyəli həmkarlarımız da bunu vurğuladı ki, bazalaşma olmalıdı. Uşaqları gündə 1-2 saat görməklə onu böyük futbolçu etmək olmur. Sonrasını məşqçilər birlmir. Bu uşaq nəylə qidalanır, vaxtını necə keçirir. Bazada qalan uşaqlar isə bütün günü nəzarətdədi, bütün mərhələr mütəxəssislərin gözünün önündədi. Akademiyalar əsas şərtdi. Bunu edə bilsək, istedadlı uşaqlar sona qədər futbolun içində olacaq, milli komandalara qədər yüksələcəklər. Nəticələr də yaxşılaşacaq. Keyfiyyət üçün kəmiyyət də önəmlidi. Kəmiyyə formalaşmalı, sayı çoxaltmalıyıq. Sonra da o kəmiyyətdən keyfiyyət çıxarmalıyıq. 50 nəfərdən 2-3 nəfər çıxacaqsa, 1000 nəfərdən 100 nəfər çıxacaq. Bu iş rayonları da əhatə etməlidi. 10 milyonluq Azərbaycandan cəmi bir Mahir Emreli Avropa klubuna yüksəlib. Akademiyalar artdıqca Mahir kimilərin sayı da artacaq.

- Uşaq futbolunun əsas problemlərini sadalayarkən ilk öncə elə sizin dediyiniz akademiya məsələsi önə çıxır. Deməli, əsas məsələ bunu həll etməkdi?

- Heç kimə sirr deyil ki, irili-xırdalı problemlər yetərincədi. Bura meydança çatışmazlığını da əlavə etməliyik. Uşaq liqalarında oyunlar süni örtüklü meydanlarda keçirilir. O meydançalarda inkişafı bir kənara qoyuram, uşağın zədələnməməsi böyük uğurdu. Meydançanı həll etməliyik. Bu meydançalarda yüksək səviyyəli futbolçu yetişməz. Əsas millinin nəticələrini yaxşılaşdırmaq, Avropa klublarına futbolçu vermək istəyiriksə, Avropadakı şəraiti də burda qurmalıyıq. Ordakı şərait burda olmalıdı ki, bizim də uşaqlarımız o səviyyəyə yüksəlsin. Akademiyalar həm də futbola kütləvilik gətirəcək. Millimizin son illərindəki oyunlarından da bunu görürük. Xorvatiya millisinə 800-900 namizəd var, məşqçilər ordan seçim edir. Bizdə isə bu say 40-a bərabərdi. Ona görə də arada uçurum yaranır. Həm fərq də sonda topladığımız xallarda özünü göstərir. Daha bir qlobal problem valideynlərin yanaşmasıdı. Uşaq-məşqçi-valideyn triosu bir-birini tamamlamalıdı. Valideyn məşqçinin sözünü tamamlamalıdı. Valideynə başa salıram ki, siz məşqçilik yox, valideynlik edin. Uşağın təlim-tərbiyəsi ilə məşğul olun, övladınız vaxtında və düzgün qidalansın. Zamanında yatmaq, yuxu rejiminə əməl etmək və məşqə gecikməmək lazımdı. Bəzi valideynlər adicə şərtlərə əməl edə bilmir, amma məşqçilik etmək həvəsinə düşür. Nəticədə uşaq da bilmir atasının dediyini etsin, yoxsa məşqçinin. Hər dəfə valideynlərlə söhbət aparırıq. Xırda görünsə də, bu məsələ də ciddi problemdi. Məşqçi kənarda qalır, valideyn uşağına taktiki-texniki göstərişlər verir. Məşqçi qane etmirsə, apar başqa yerə, yaxud da özün məşq keç. Ümumən bu problemləri həll etmək üçün mental şəkildə futbola baxışı dəyişməliyik. Avropadakı kimi uşaqlara düzgün qida verməli, doğru struktur qurmalıyıq.



- Bəs mütəxəssis probleminə necə yanaşırsız? Uşaq futbolundakı məşqçilərin səviyyəsi sizi qane edir?

- Hazırda bu sahədə çalışan əksər məşqçiləri tanıyıram. Yetərincə məşqçi tanıyıram ki, işini vicdanla görür, məsuliyyətli və savadlıdı. Amma meşə çaqqalsız olmaz. Burda da maaş xətrinə günü yola verənlər var. Biz neynəməliyik? Öz üzərində çalışan, inkişafa meyli olanların sayını artırmalı, yararsızları isə aradan çıxarmalıyıq. Akademiyalarda işləyən məşqçiləri Avropaya kursa göndərməliyik ki, öz gözləriylə ordakı məşqləri, proqramları öyrənsinlər. Futbol daim inkişaf edir. Onunla ayaqlaşmaq üçün həmin səviyyəni yerində görməli və öyrənməliyik. Ənənələri olan akademiyalardan görüb-götürəsi çox şey var. Yaxşı olardı ki, AFFA və klublar səviyyəsində xaricdə təcrübə keçilməsində məşqçilərə dəstək göstərilsin. Biz məşqçilər üçün böyük irəliləyiş olar. Hazırda yeni ilin ilk ayını yaşayırıq. Sonda onu demək istəyirəm ki, bu yeni ildə futbolumuzdan daha yaxşı nəticələr, uğurlar gözləyirəm. Bu işdə mənim də zərrə qədər əməyim olacaqsa, bunun üçün səylə çalışmağa hazıram. Qarşıma da bu məqsədi qoymuşam. Gücümün yetdiyi qədər də bunu edəcəm, çalışacam ki, bizim yetirmələrimiz xarici akademiyalarda, klublarda çıxış etsin.

İLKİN SULTANLI

Məhərrəm Müslümzadə: “Avropa futboluna çatmaq istəyiriksə, ordakı şəraiti burda qurmalıyıq”



Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

PSV-nin futbolçusu premyer-liqa klubunun hədəfində

MY Kasemiro transferini açıqladı

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

Bütün xəbərlər