Bir neçə gün əvvəl xəstəxanalıq olan Mino Rayola ilə bağlı xoş xəbər yayılıb.
Məşhur futbol agentinin səhhətinin qəfil pisləşdiyi bildirilmişdi. “Bild” qəzetinin xəbərində onun yanvarın 12-də Milandakı özəl xəstəxanada ağ ciyərində təcili əməliyyat keçirdiyi iddia edilmişdi. Rayolanın cümə axşamı reanimasiyaya yerləşdirildiyi də bildirilmişdi.
Amma Almaniya nəşrinin onun əməliyyata məruz qalmasıyla bağlı xəbəri doğru çıxmayıb. 54 yaşlı menecer artıq “San Raffaele” klinikasını tərk edib. İtaliya mənbələri Rayolanın bu klinikada əvvəlcədən planlaşdırılan müayinələrdən keçdiyini və Monte Karlodakı evinə qayıtdığını xəbər verib.
Qeyd edək ki, o, Erlinq Holann, Zlatan İbrahimoviç, Pol Poqba, Canluici Donnarumma və bir çox məşhur futbolçunun agentidi.