Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt”ın düşərgəsinə daha bir futbolçu qoşulub.
İranlı mərkəz müdafiəçisi Rza Əliyari baxışdadı. 27 yaşlı oyunçu “gənclik şəhəri” təmsilçisinin heyətində bir oyunda meydana da çıxıb. Reza Almaniya "Berliner"inə qarşı matçda (2:5) çıxış edib. Əldə etdiyimiz məlumata görə, Aleksey Baqa müdafiəçinin oyununu bəyənməyib. Lakin belaruslu mütəxəssis iranlı haqda yekun qərarı verməyə tələsmir. Əliyari son olaraq “Havadar”da çıxış edib. Müdafiəçi karyerası ərzində ümumilikdə 144 matçda meydana çıxıb və 4 qol vurub.
“Sumqayıt”ın düşərgəsində daha bir futbolçu qoşulub. Söhbət Emin Safixanovdan gedir. 22 yaşlı sol cinah müdafiəçisi də baxışdadı. Emin karyerası ərzində “Arsenal” (Kiyev), “Zarya”, “Metallist” və “Çayka” klublarında çıxış edib. Onun son komandası “Girnik-Sport” olub. Bu mövsüm Ukraynanın ikinci liqasında 15 oyuna çıxıb və 1 assistlə yadda qalıb. 180 sm boya malik futbolçu Ukrayna kubokunda da 3 görüşdə meydanda olub.
İLKİN SULTANLI, Antalya