Antalyada təlim-məşq toplanışını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
“Tələbələr”in düşərgəsində baxışda olan oyunçu var. Söhbət braziliyalı müdafiəçisi Hiqor Qabrieldən gedir. 22 yaşlı futbolçu “Zarya” ilə görüşün ikinci hissəsində meydanda da oldu. “Fluminense”nin yetirməsidi. Rio de Janeyro klubunun U-20 komandasında 1 oyun keçirib. Müdafiəçi haqda son qərarı Murad Musayev verəcək. “Sabah”ın Antalyadakı təlim-məşq toplanışı başa çatanda sonra onun komandada qalıb-qalmayacağı bəlli olacaq.
“Tələbələr” heyəti daha bir müdafiəçi ilə gücləndirmək niyyətindədi. Rusiyalı Nikolay Baçko da paytaxt təmsilçisinin düşərgəsində baxışdadı. 22 yaşlı futbolçu “Zarya”ya qarşı oyunun ikinci hissəsində meydana çıxdı. Murad Musayev həmyerlisi haqda yaxın günlərdə qərar verəcək. Baçko “Krasnodar”ın yetirməsidi. O, bu klubun müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib. 22 yaşlı futbolçu sonuncu dəfə Rostov SKA-sında çıxış edib. Baçko “Krasnodar-2”də Musayevin rəhbərliyi altında oynayıb.