Kristian Eriksen karyerasını yenidən İngiltərə çempionatında davam etdirəcək.
"Football-plus.az" saytının məlumatına görə, hazırda azad agent olan Danimarka millisinin futbolçusu "Brentford"la razılığa gəlib. Tərəflər arasında 3 gün ərzində rəsmi müqavilə bağlanılacaq.
Klub təcrübəli oyunçunun tibbi müayinədən keçməsini gözləyir.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Onun son klubu İtaliya "İnter"i olub.