Futzal millimiz Niderlandda keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.
Yığma D qrupunun 1-ci turunda Gürcüstanla üz-üzə gəlib. Görüş komandamızın 2:3 hesablı məğlubiyyəti ilə bitib.
"Qarabağ"ın yeni transferi, gürcüstanlı Luka Quqeşaşvili maraqlı paylaşım edib. O, qələbədən sonra şəxsi "instaqram" hesabında həmyerlilərinin qələbə sevincini bir neçə şəkillə bölüşüb. Daha sonra isə paylaşdığı şəkillərdən, sadəcə, birini saxlayaraq, digərlərini silib.
SƏNƏM FƏRHADOVA