Portuqaliya çempionatında 19-cu turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Renat Dadaşovun şərəfini qoruduğu “Tondela” evdə “Vizela” ilə üz-üzə gəlib və matçdan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
Millimizin hücumçusu meydana 82-ci dəqiqədə çıxıb. Renat 93-cü dəqiqədə komandasının bərabərlik qolunu vursa da, qol VAR tərəfindən ləğv edilib.